adalet.az header logo
  • Bakı -°C
11 Iyul 2026 16:12
91
DÜNYA
A- A+

Müctəba Xameneidən sərt mesaj: Qisas mütləq alınacaq

İranın Ali rəhbəri Ayətullah Seyid Müctəba Xamenei sabiq Ali rəhbər Ayətullah Seyid Əli Xameneinin vida və dəfn mərasimi münasibətilə xalqa müraciət edib.

Adalet.az xəbər verir ki, Müctəba Xamenei çıxışında sabiq Ali liderin, eləcə də son iki müharibədə həlak olmuş iranlıların qisasının alınacağını bəyan edib.

O bildirib ki, bu, İran xalqının tələbidir və mütləq yerinə yetiriləcək.

"Şəhid liderimizin və bu iki müharibədə həlak olan bütün şəhidlərin pak qanının qisasını cinayətkar və rüsvayçı qatillərdən alacağımıza and içirik. Bu qisas xalqımızın tələbidir və mütləq icra olunmalıdır. Adları məlum olan bu cinayətkarlar sakit və rahat ölüm arzusunu özləri ilə məzara aparacaqlar. Onlar bilməlidirlər ki, bu məsələ mənim və ya digər məsul şəxslərin varlığından asılı deyil. Biz olsaq da, olmasaq da, bu məqsəd həyata keçiriləcək və yaxın zamanda dünyanın müxtəlif bölgələrindəki azad insanlar bu ilahi missiyanın bir hissəsini yerinə yetirəcəklər", - deyə müraciətdə qeyd olunub./Apa