Hakan Fidan: ABŞ-İran münaqişəsi genişlənə bilər
ABŞ ilə İran arasındakı hərbi toqquşmalar daha geniş əraziyə yayıla bilər.
Adalet.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "TRT Haber"ə müsahibəsində deyib.
"Əraqçi (İranın xarici işlər naziri Abbas Əraqçi) zəng vurdu və bu mövzuda telefonla danışdıq", - H. Fidan bildirib və Hörmüz boğazındakı gərginliyin İranın gəmilərə hücumu ilə yenidən alovlandığını xatırladıb.
Türkiyə XİN başçısının sözlərinə görə, ABŞ də İrana zərbələr endirib və tərəflər Hörmüz boğazının idarə olunması ilə bağlı ortaq məxrəcə gələ bilməyiblər:
"Boğazdakı keçid tənzimləməsi ümumi razılıqla reallaşdırılmalıdır. Əraqçi omanlı həmkarı ilə bir araya gələcək, çünki boğaza baxdığınız zaman bir tərəfində İran, digər tərəfində Oman var. İndi İranın beynəlxalq sularda öz haqqı var, 12 mil (19 km). Oman tərəfinin də var, bir də arada təxminən 20 milə (32 km) yaxın başqa bir sahə qalır. İndi hansı sahənin necə istifadə ediləcəyi ilə bağlı təfərrüata girmək istəmirəm".
H. Fidanın fikrincə, tərəflərin ümumi baxış bucağı olmasa, Hörmüz boğazının taleyi uzun müddət qaranlıq qala bilər.
Digər Xəbərlər
10 Avqust 2026 18:00
230 miqrant bir qayığa sığınıb Böyük Britaniyaya keçdi
10 Avqust 2026 17:44
"Bir dənə də olsun istilik elektrik stansiyası qalmayıb" - Zelenski
10 Avqust 2026 14:31
Tatarıstanda matəm elan olundu - YENİLƏNİB
10 Avqust 2026 12:42
İran XİN: Əraqçi və Qalibaf Pakistana səfər edəcək
10 Avqust 2026 10:38
“Bakıda Almaniya ilə rəsmi danışıqlar aparmamışıq”
10 Avqust 2026 09:58
Kamçatkada qızıl mədənində partlayış: Ölən və yaralananlar var
10 Avqust 2026 09:50
Rusiyanın ən varlı qadınının biznes-imperiyası belə çökür...
10 Avqust 2026 09:08


Bakı -°C

