adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
25 Sentyabr 2014 01:03
11232
LAYİHƏ

MÜASİRLƏŞƏN MELİORASİYA VƏ İRRİQASİYA SİSTEMLƏRİ

(əvvəli ötən sayımızda)
Mil-Muğan hidroqovşağından götürülən suyun Baş Mil kanalı ilə Yuxarı Mil, Yeni Xanqızı və digər kanallara ötürülməsi, beləliklə də Füzuli, Beyləqan, Ağcabədi və İmişli rayonlarında 120 min hektara yaxın əkin sahəsinin su ilə təmin edilməsi nəzərdə tutulub. Baş Mil kanalından su götürən Yuxarı Mil kanalının tikintisi ::::Meliorasiya və Su Təsərrüfatı:::: ASC tərəfindən davam etdirilib və 2012-ci ildə onun 11 kilometrə yaxın hissəsi istifadəyə verilib. Bu da Beyləqan və Ağcabədi rayonlarının inzibati ərazilərində 4800 hektar sahədə pilot taxılcılıq təsərrüfatının yaradılmasına imkan verib. Taxılçılıq təsərrüfatının inkişafı məqsədilə ötən il kanalın daha 5 kilometrə yaxın hissəsi və onun üzərində Füzuli rayonunun ərazisində nasos stansiyası tikilib, bununla da 4 min hektar torpaq sahəsinə suvarma suyunun çatdırılması mümkün olub. Kanalın tikintisinin davam etdirilməsi nəticəsində 20 min hektara yaxın, o cümlədən Ağcabədi rayonunun 7637 hektar torpaq sahələri suvarma suyu ilə təmin ediləcək. Yuxarı Mil kanalı üzərində inşa olunan ikinci nasos stansiyası vasitəsilə bu il daha 1725 hektar əkin sahəsi suvarma suyu ilə təmin ediləcək.
Prezident İlham Əliyevə Füzuli və Beyləqan rayonlarının əkin sahələrinin su təminatı barədə də məlumat verildi. Qeyd olundu ki, Füzuli rayonunda hazırda 31,305 hektar suvarılan sahələr mövcuddur. Bu sahələrin 6300 hektarında meliorasiya tədbirləri həyata keçirilib. Əkin sahələrinin su təminatı 1378 kilometr suvarma kanalları, 87 subartezian quyusu və 56 nasos stansiyası vasitəsilə həyata keçirilir. Kollektor-drenaj şəbəkəsinin uzunluğu 259 kilometrdir. Artıq rayonun Qayıdış və Örənqala qəsəbələrində məskunlaşmış məcburi köçkün ailələrinə ayrılmış pay torpaqları suvarma suyu ilə təmin edilib. Ötən il Füzulidə 10,0, o cümlədən dövlətimizin başçısının müvafiq Sərəncamına əsasən 7 subartezian quyusu istismara verilib. Bu il isə rayon ərazisində 12 subartezian quyusunun qazılması başa çatdırılıb. Beyləqan rayonunda isə hazırda 50497 hektar suvarılan sahələr mövcuddur. Bu sahələrin 36548 hektarında meliorasiya tədbirləri həyata keçirilib. Əkin sahələrinin su təminatı 1268 kilometr suvarma kanalları, 88 subartezian quyusu, 7 nasos stansiyası vasitəsilə həyata keçirilir. Kollektor-drenaj şəbəkəsinin uzunluğu 1277 kilometrdir. Ötən il rayonda 4, bu il isə 6 subartezian quyusunun qazılması başa çatdırılıb.

Taxtakörpü-Ceyranbatan kanalından suyun yeni suvarılan torpaqlara
verilməsi üçün suburaxıcı qurğunun təməlinin qoyulması

Prezident İlham Əliyev Xızı səfəri çərçivəsində Taxtakörpü-Ceyranbatan kanalından suyun yeni suvarılan torpaqlara verilməsi üçün suburaxıcı qurğunun təməlinin qoyulması mərasimində iştirak edib.
Başlanğıcını Azərbaycan ilə Rusiya sərhəddində Samur çayından götürən və uzunluğu 182 kilometr olan Samur-Abşeron kanalı hazırda respublikanın şimal bölgəsi rayonlarının 150 min hektara yaxın torpaq sahəsini suvarma suyu və Bakı, Sumqayıt şəhərlərini, habelə Abşeron yarımadasını içməli, suvarma və texniki su ilə təmin edən irimiqayslı kompleks su təsərrüfatı obyektidir.
::::Samur-Abşeron suvarma sisteminin yenidən qurulması:::: layihəsinə daxil olan Vəlvələ çay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan kanallarının, Taxtakörpü su anbarının su elektrik stansiyası ilə birlikdə tikintilərinin beynəlxalq maliyyə qurumlarının krediti və Dövlət Neft Fondunun vəsaiti hesabına 2013-cü ildə başa çatdırılması respublikamızın şimal bölgəsi rayonlarında və Abşeron yarımadasında 150 min hektara yaxın mövcud əkin sahəsinin su təminatının yaxşılaşdırılmasına və 30 min hektar yeni torpaq sahəsini suvarma suyu ilə təmin etməklə onların kənd təsərrüfatı dövriyyəsinə cəlb olunmasına şərait yaradıb.
Buna görə də prezident İlham Əliyevin tapşırığına əsasən həmin layihənin icrası davam etdirilir.

(ardı gələn sayımızda)

Məzahir ƏHMƏDOĞLU
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ