Moskva danışıqlar məkanının dəyişdirilməsni istəyir
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin, İzvestiya qəzetinə bildirib ki, Rusiya Zaqafqaziyada təhlükəsizlik və stabilliklə bağlı beynəlxalq diskusiysların aparılmasını dəstəkləyir.
"Bizim üçün formatın özü çox vacibdir, biz bu formatın vacibliyini şübhə altına salmırıq. Bunun üçün hamını qane edən məkan lazımdır. Hələ ki, belə bir məkan yoxdur. Biz Cenevrəyə gedirik, çünki bizim üçün mühüm olan bu formatl saxlamaq lazlmdır"- deyə Qaluzin bildirib.
Nazir müavini daha sonra əlavə edib ki, Rusiya diskusiya məkanını həqiqi neytral bir ölkəyə, BƏƏ-də və ya Belarusiyada keçirilməsində israrlıdır. "Təəssüf ki, İsveçrə Ukrayna böhranında ortaya mövqe qoymaqla, neytral qalma prinsiplərindən uzaqlaşıb.
Xatırladırıq ki, Cenevrə beynəlxalq diskusiyası 2008-ci ildən-Rusiyanın Gürcüstana hücumu ilə yaradılmış bir formatdır. Bu diskusiyalarda Aİ, BMT və ATƏT-in və nünayəndələri, ABŞ, Rusiya, Gürcüstan, Abxaziya və Cənubi Osetita nümayəndələri iştirak edirlər.
16 ildir aparılan danışıqlarda əsaslı bir irəliləyiş olmayıb və yəqin ki, heç olmayacaqda. ATƏT-in olduğu yerdə hansı danışıqlarda müsbət nəticə əlda oluna bilər ki?
Rüstəm Hacıyev


Bakı -°C

