adalet.az header logo
  • Bakı -°C
23 Fevral 2026 09:33
92
DÜNYA
A- A+

"Netanyahu Trampın yolu ilə gedir"

İsrailin keçmiş baş naziri Exud Olmert bəyan edib ki, hazırki baş nazir Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampın mövqeyindən çıxış edir və tamamilə onun istəklərinə uyğun hərəkət edir.

 "Netanyahu müstəqil hərəkət etmir. O, tamamilə Trampın mövqeyinə köklənib. Məsələ Netanyahunun nə istədiyində deyil, Trampın nə istədiyidir. Mənə elə gəlir ki, Tramp Qəzza razılaşmasının davam etməsini istəyir"- deyə Olmert bəyan edib.

 Eks baş nazirin sözlərinə görə, Netanyahu müharibəni bitirmək istəmir: "Hazırki baş nazir HƏMAS-ın tam məhv edilməməsi və tam qələbəyə nail olunmaması bəhanəsiylə müharibəni bərpa etmək imkanlarını gözləyir".

 Rüstəm Hacıyev