Monrealda 6 nəfər istidən ölüb
Kanadanın Monreal şəhərində müşahidə olunan kəskin isti hava şəraiti səbəbindən 6 nəfər dünyasının dəyişib.
Adalet.az xəbər verir ki, bu barədə "CTV News" Kanada tibbi xidmətinə istinadən məlumat yayıb.
Ölənlərin əksəriyyəti tənha yaşayan və xroniki xəstəliklərdən əziyyət çəkən, yaxud psixoloji problemləri olanlardır. İstidən dünyasını dəyişən 6 kanadalının heç birinin kondisioneri olmayıb və onların hamısı çoxmənzilli evlərdə yaşayıblar.
Qeyd edək ki, Monrealda havanın temperaturu 35 dərəcə istini keçib və nəticədə təcili yardım xidmətinə gələn zənglərin sayı artıb. Şəhər rəhbərliyi vətəndaşları yaranan vəziyyətə və isti hava şəraitinə ciddi yanaşmağa çağırıb.
Xatırladaq ki, 2010-cu ilin kəskin istilərində Monrealda 106 nəfər dünyasını dəyişmişdi.
Digər Xəbərlər
28 Aprel 2024 21:46
Minə yaxın Tacikistan vətəndaşı Moskva hava limanlarında çətin vəziyyətdə qaldı
28 Aprel 2024 21:20Rusiyada itkin düşən uşağın meyiti öz evindəki paltaryuyan maşından tapıldı
28 Aprel 2024 20:57Tiflisdə müxalifət yenidən mitinq keçirir
28 Aprel 2024 20:44Blinkenlə Paşinyan Azərbaycanla delimitasiyanı müzakirə etdilər
28 Aprel 2024 15:13