Minimum pensiyadakı artımın kimləri əhatə edəcəyi AÇIQLANDI
"Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik müzakirə olundu və plenar iclasa tövsiyə edildi. Dəyişikliyə əsasən, gələn aydan minimum pensiya məbləği 280 manata çatdırılacaq. Pensiya məbləğindəki artım 2023-cü ildə həyata keçirilən sosial paketin tərkib hissəsidir".
Adalet.az-ın xəbərinə görə, bu fikirləri deputat Vüqar Bayramov deyib.
O bildirib ki, minimum pensiya məbləğinin artırılması 100 mindən çox vətəndaşımızı əhatə edəcək:
"Belə ki, artıq gələn aydan pensiya yaşı tamam olanlar ən azı 280 manat ilə pensiyaya çıxacaqlar. Əvəllər bu rəqəm 240 manat idi. Digər tərəfdən, 2006-ci ilin yanvarın 1-dən 2018-ci il iyulunadək hətta bir manat pensiya kapitlalı olanlar da minimum pensiya almaq hüququna malik olacaqlar. Yəni, əgər vətəndaşımızın 25 il ştajı yoxdursa və onun yığımları çox deyilsə o da pensiya ala biləcək. Pensiya amnistiyası növbəti 3 ili əhatə edəcək. Yeni dəyişiklik eyni zamanda indeksasiya nəticəsində pensiyaları artacaq amma minimum məbləğ səviyyəsinə çatmayan vətəndaşlarımızı da əhatə edəcək. Bütövlükdə, gələn aydan 280 manatdan az pensiya ödənilməyəcək".
"Bu həmçinin orta pensiya məbləğinə də təsir edəcək. Orta pensiyada da artım olacaq", - deputat vurğulayıb.
Digər Xəbərlər
02 Oktyabr 2026 11:00
Bu hədəfin reallaşması Azərbaycana nə qədər valyuta gətirəcək?
01 Oktyabr 2026 11:08
Manatın məzənnəsi dəyişəcək? - AÇIQLAMA
01 Oktyabr 2026 10:58
"Qarabağ və Şərqi Zəngəzurda dövlət-özəl tərəfdaşlığı xüsusi diqqətdədir" - Nazir
01 Oktyabr 2026 10:53
“Ölkənin xarici ticarətində böyük müsbət saldo mövcuddur”
01 Oktyabr 2026 10:05
Azərbaycan nefti bahalaşdı
01 Oktyabr 2026 09:57
"AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub
30 Sentyabr 2026 17:19
Pul köçürmələrində yeni hədd aylıq 50 min manata qaldırıldı
30 Sentyabr 2026 16:38


Bakı -°C

