Goranboyda binanın çökməsi ilə xəsarət alanların ADLARI AÇIQLANIB
Goranboyda yaşayış binasında döşəmə çökməsi zamanı xəsarət alanların adları məlum olub.
Adalet.az xəbər verir ki, xəsarət alanlar bina sakinləri, 1951-ci il təvəllüdlü S.Süleymanova və 1966-cı il təvəllüdlü S.Məmmədovadır.
Hazırda xəsarət alan şəxslərin müalicəsi Goranboy Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.
***
09:16
***
Goranboyda yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin döşəməsi çöküb.
Adalet.az xəbər verir ki, hadisə Goranboy şəhərinin Cəfər Cabbarlı küçəsində yerləşən 5 mərtəbəli yaşayış binasında qeydə alınıb.
Belə ki, sözügedən binanın birinci mərtəbəsində yerləşən mənzilin döşəməsi anidən çöküb.
Goranboy rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının sədri Seymur Nazarov hadisə nəticəsində 2 nəfərin yüngül xəsarət aldığını bildirib.
Onun sözlərinə görə, hazırda əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb edilib. Bina sakinləri təxliyə edilib.
Hazırda ərazidə təhlükəsizlik tədbirləri görülür.
Digər Xəbərlər
23 Noyabr 2025 11:27
Bu şəkil bir daha təkrarlanmayacaq...
22 Noyabr 2025 17:30
Əhməd Oruc vəfat etdi
22 Noyabr 2025 11:02
Yanğında tüstüdən zəhərlənənlərin SON DURUMU
22 Noyabr 2025 10:13
Yanğında ölənlərdən biri Bakı Milli Geyim Evinin rəhbəridir
22 Noyabr 2025 10:08
Yasamaldakı yanğına görə "Loft" restoranı ittiham edilir - VİDEO
21 Noyabr 2025 22:10
Yasamaldakı yanğında üç nəfər ölüb, 20 nəfər zəhərlənib - YENİLƏNİB - FOTOLAR/VİDEO
21 Noyabr 2025 15:30
Bakıda faciəli şəkildə ölən ofisiantların adları - YENİLƏNİB
21 Noyabr 2025 13:16


Bakı -°C

