Milyonçu olmaq istəyənlərin diqqətinə

Milyonçuolmağı hər kəs arzular, amma hamının da qismətinə yazılmaz. Bəziləri dişi-dırnağıilə gec də olsa buna nail olar, bəziləri isə asan yolla pula pul deməz. Birqrup insanlar da var ki, pulun onlardan zəhləsi gedir. Bu insanlar nə qədər əlləşib-vuruşsalarda, pul atlı olur, onlar piyada. Dillənəndəgünahı fələyin üstünə atırlar. Amma diqqətlə baxanda günah həmişə olduğu kimi,bu dəfə də insandadır.
İnsanıngələcəkdə milyonçu olacağını necə bilmək olar?
Ekranlarayaxın əyləşin!... Yox, bu olmadı. Düzdü, kompyüterin də ekranı var, amma olabilər ki, bu yazını qəzetdən oxuyasız, odur ki, qəzeti gözünüzə yaxın tutun!
Əvvəla,uşaq əməyi deyə azyaşlıların işləməsinə bir çox dövlətlər qarşı çıxsa da,dünyanın ən böyük milyonçuları məhz uşaq yaşlarından zəhmətə alışanlar olublar.Oxumaq yaxşı şeydi, amma zəhmət daha vacibdi. Zəhmətlə tanışlığı olmayan uşaqoxusa nəyə yarar! Dərsdən sonra şirniyyat, salfet, corab satan, konduktorluq edən,maşın yuyan uşaqlara kənardan baxanda acıyırıq. Amma belə uşaqlar 18-20yaşlarında öz işlərini quranda onlar da bizə acıyırlar.
Məktəbdə,sonralar dost-tanış arasında tez nüfuz qazanan adamlardansızsa, həyatınızınsonrakı mərhələsində də belə olacaq. Belə adamlar işıq kimidirlər, pərvanələritez özlərinə çəkirlər. Liderlik xüsusiyyəti gələcəkdə də öz sözünü deyəcək.
Qazandığıznailiyyətlərlə kifayətlənən deyilsiz? Lap yaxşı, məhz daha böyük zirvələrə canatanlar qartallarla bir sırada olar. Təkcə uçmağı bacarmaqla deyil ki, toyuq dauçur, ancaq çəpərə qədər.
Cazibə!Deyəcəksiz ki, hamı yaraşıqlı olmaz. Amma cazibə təkcə yaraşıq deyilki... Jan Pol Bilmando, Çelentano, eləbizim Fəxrəddin Manafov, Fuad Poladov, bəyəm yaraşıqlıdırlar? Onlar cazibəlidirlər.Cazibəni isə baxış, yeriş, duruş, özünəxas təbəssüm və səliqəli geyim... təyin edir. Ən əsasısoyuqqanlılıq. Qeyd etdiyim bu kişilər həmişə gözəl qadınlarla əhatələniblər,amma heç vaxt ictimaiyyət arasında qadın qarşısında əriməyiblər. Qadınlar özlərionların dalınca qaçıb. Bu da digər kişilərin həsəd və rəğbətini qazandırıb. "Yaxşı oğlanlar”dan olanda başqa kişilərin də etibarını qazanmaq, birgə iş qurmaq asanlaşır.
Tez vədüzgün qərar verən adamlar – sizə təbrik düşür. Siz milyonçuluq yolundasız. Məhzmilyonçuluğa gedən yol qətiyyət və sərrastlıqdan keçir. "Mənim zamanım gəlməyib”,"Hələ vaxtı deyil” kimi təsəllilər yalnız Allahverənlə razılaşmaqdan başqa birşey deyil. Allah isə daha çox istəyənləri qiymətləndirir.
Pulyığmaq qabiliyyəti – yaxşı xüsusiyyətdir, amma Hacı Qaralıq da lazım deyil.Yeri gələndə pulu xərcləmək də lazımdır, amma lazımlı şeylərə. "Bunu da alım”, "Əşşi,cavanlıqdı, indi xərcləməyib nə vaxt xərcləyəcəm?” düşüncələrindən uzaq olun. Maraqlıdır ki, "dünya beşgündür” deyənlər daha çox yaşayırlar, sanki Allah onlara günlərin sayını göstərməküçün acıq verir. Beləcə, yayda əhli-kef yaşayan cırcıramalar, qışda qarışqanın ayağınadüşürlər.
Optimistsiz– keçmiş xəyallar sizi məngənəsində saxlamır, yalnız gələcəyə baxırsız və gələcəyinmütləq gözəl, sizə düşərli olacağına inanırsız. Yalnız nikbin insanlar gələcəyəsərmayə qoya bilirlər, təbii ki, əvvəlcə gözəl ümidlərlə. Varlılar qocalanda deyir:"Bax, mən həyatımı belə qurdum”, kasıblar isə "Neyləyim, həyatım belə alındı”.
Çox mübahisəedən adam deyilsiz – polemika adı altında naqqallıq edənlərdən deyilsinizsə,siz çaldız. Oturub-durub elmi, ədəbi, siyasi mübahisələrdən uzaq olun. Təbiiki, əgər politoloq, alim və ya yazıçısınızsa, bu başqa. Onların işinin bir hissəsidanışmaqdı. Yerdə qalanlar gücü əllərinə və beyinlərinə verməlidirlər. Xüsusəndə qadınlarla mübahisə etməyin. Hər iki cinsin gözündən düşərsiz, xarizma da əldəngedər.
Əməyinbəhrəsini dərhal gözləyənlərdən deyilsiz – "bu gün iş gördüm, sabah qazanım" deməkləolmur. Bəhrəni gözləmək lazımdır, səbr və əzmkarlıqla zəhmətin meyvəsi gözünüzüvə burnunuzu sevindirəcək, elə cibinizi də. Milyonçular yeni nəsə öyrənmirlər, əksinəözlərinə o qədər inanırlar ki, var olan ən yaxşı cəhətlərini və bacarıqlarınıortaya qoyurlar.
Təsiraltına düşmürsüz – ətrafınızda sizdən ağıllı adamlar ola bilər, təbii kionların ağlından və təcrübəsindən bəhtələnmək lazımdı, amma təsir altına düşməkolmaz. Hələ heç bir milyonçu başqasının ağlı ilə oturub-durmayıb. Son sözü həmişəözünüzə saxlayın.
Təbiiki, bütün bunlar zəhmətlə milyonçuluq eşqinə düşənlər üçündü, pul içindəböyümüş, hazırına nazir olanlara aid deyil. Amma yaxşı məsləhət, hər kəsinqulağını bəzəyən sırğa ola bilər. Üstəlik bu məsləhətləri bəndeyi-həqirinizBill Qeyts, Uorren Baffet, Piter Vuqd (25 yaşında milyonçu olub), RiçardBrenson kimi məşhur milyonçuların məsləhətlərindən seçib. Odur ki, "köşəyi dönmək”istəyənlər yararlana bilərlər.
Şəfiqə ŞƏFA
Digər Xəbərlər

41 il əvvəl 106 saylı marşrutda terror: Cani erməni niyə cəza almadı? - TƏFƏRRÜAT

Azərbaycanda 1 kiloqramı 450 manata çay satılır - VİDEO

Anna Akopyan tələbə olacaq: “Çin fəlsəfəsi”

25 ilə insanlar 1000 il yaşaya biləcək

3 məşhur öncəgörəndən 2025-ci il üçün dəhşətli PROQNOZ

Dünya okeanı qaralmağa başlayıb - Alimlərdən həyəcan təbili
jpg-1748332056.jpg)
Dünyanın 2-ci böyük qülləsi tikilir:“Bürc Xəlifə”dən sonra “Axmat Tower”
jpg-1716797106.jpg)