adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7
15 May 2018 10:22
8765
İDMAN

Millimizin Latviya ilə oyununun vaxtı açıqlandı

Azərbaycan milli komandasının Latviya yığması ilə iyunun 9-da keçirəcəyi yoldaşlıq oyununun başlanma saatı müəyyənləşib.

Adalet.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Riqada keçiriləcək qarşılaşma yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq.

Xatırladaq ki, Qurban Qurbanovun rəhbərlik etdiyi millimizin mayın 29-da Qırğızıstan, iyunun 5-də isə Qazaxıstanla yoxlama oyunu nəzərdə tutulub.