adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
26 Noyabr 2015 15:59
40151
MÜSAHİBƏ

“Milli Qəhrəman adını aldığımı radiodan eşitdim” – Ehtiyatda olan Polkovnik-Leytenant

Tarixyazanlar heç vaxt unudulmur. Onlar salnamələr yazan kəslərdir. Hərçəndgünümüzün reallığına çevrilən əsas məqamlardan biri odur ki, məhz bu cür şəxsiyyətlərümumi qəhrəmanlıq təsəvvürü yaratmağı bacarsalar da fərdi şəkildə tanınmırlar.Məqsədimizi bir yerə cəmləyib bir rubrika yaratdıq: "Qarabağ qaziləri...” Bu adnə qədər konkret görünsə də əslində bir o qədər də mücərrəd anlam daşıyır.Çünki Milli Qəhrəman Vahid Quliyev kimi bir çoxları çəkildiyi həyat filmlərininsüjetləri ilə təkcə ssenari yaratmağı yox, həm də milli-mənəvi dəyərləri yüksəltməyibacarıblar. Milli Qəhrəman bir kitabdır, o kitabı oxuyan kəsin birbaşa hisslərinəinikas edən duyğulu anlar bu kitabın film süjetində əks olunub.

Müsahibimizbu adın və yaşadığı qəhrəmanlıqların adı altında nə qədər sadə görünürdüsə,onunla həmsöhbət olmaq da bir o qədər stimulverici təzahür sayılırdı. Bəlkə dəçoxları bu titulun sahibiylə həmsöhbət olmaq istəmiş, onunla xatirə fotosu çəkdirməkarzusunda olmuşdur. Redaksiyamıza təşrif buyurduqdan sonra iş yoldaşlarımınonunla söhbətimizə mane olmamaq jesti əslində həmkarlarımın bu fürsəti əldənitirməsinə səbəb oldu. Tam səmimi deyəcəyəm: "O bir "Qarabağ yuxusu” idi, gəldi və getdi”. Sadəliyi və gözoxşayandavranış tərzi sadə vətəndaş girişi ilə başlayıb Milli Qəhrəman çıxışı ilə sonaçatdı. Bu titulu əbəs yerə tez-tez hallandırmıram. Çünki təəssüflə qeyd edilməlidirki, Azərbaycanda belə demək düzgündürsə "Milli Qəhrəman” adından ötrü "sinoy”gedənlər və hətta bu adı əfsanəyə çevirib qondarma şəkildə sinəsinə taxanlar daolub öncələr. Sizə bir sirr də verim: "Həmin şəxslərdən biri məhz bizimrubrikanın qonağı olub bir vaxtlar...”


Vahid Quliyev çəkinmədən özünü təqdim etməyirəva bildi. Söhbətimiz də elə buradan start götürür: 20 sentyabr 1955-ci ildəCəbrayıl rayonunun Qumlaq kəndində doğulub. Uşaqlıq illəri Niyazqullar kəndindəkeçib. O, 1972-ci ildə Zəngilan rayonunda Hacallıkənd orta məktəbinibitirdikdən sonra bir müddət Niyazqullarkəndində təsərrüfat işlərində çalışmışdır. 1974-cü ildə ordu sıralarınaçağırılaraq hərbi xidmətini Özbəkistan Respublikasında və Rusiyanın Obninskşəhərində keçirib. 1976-cı ildə hərbi xidmətini başa vurub Azərbaycan DövlətUniversitetinin fizika fakültəsinə daxil oldu. 1981-ci ildə universitetibitirərək, təyinatla Laçın rayonunun Fərəcan kəndində üç il müəllimlik edib.Daha sonra Bakıya qayıdaraq «Azon» Cihazqayırma Zavodunda sahə rəisivəzifəsinə işə qəbul edilir. 1992-ci ilə qədər bu zavodda çalışmış və öz işininöhdəsindən layiqincə gəlmişdir.

O, 1996-cı ildə BDU-nun hərbi kafedrasındamüəllim, 2000-ci ilin avqust ayından 2002-ci ilin oktyabr ayına qədərAzərbaycan Ali Hərbi Məktəbində baş müəllim kimi fəaliyyətini davam etdirib. 26oktyabr 2002-ci ildə isə ordudan tərxis olunub.

Polkovnik-leytenant Vahid Quliyev hazırdaAzərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində müəllim işləyir.

Bir az damüharibədən...

"Yaxşıki, bunu məndən geniş şəkildə istəmədiniz (gülür). Əslində müharibə həyatı çoxuzun çəksə də bunları danışaraq yaddaşınızda ərsəyə gətirmək bir neçə saatabaşa gələ bilər. Əsasən izlədiyimiz döyüş filmləri o dövrdə bizim kimi gənclərinvətənparəvərlik hisslərinin formalşmasında müstəsna rol oynayıb. Biz film qəhrəmanlarınıözümüzə kumir seçmişdik. Nə vaxtsa qəhrəman olacağımı düşünməmişəm, sadəcədaxilimdə döyüş və vətəni müdafiə əzmi formalaşıb. Məni ön cəbhəyə aparan səbəbda bu olsa gərək. Müharibələrin qızğın dövründə mən ilk addımımı atmalı oldum.Təəssüf ki, ilk addım nə qədər məsuliyyət və risk, o cümlədən səriştə tələbedirsə, bir o qədər də çətin, bəzən uğursuz olur. Məni ilk dəfəsində müraciətetdiyim hərbi komissarlıq qəbul etmədi. O zaman Bakının Yasamal rayonundayaşayırdım və həmin rayonda yerləşən hərbi komissarlığa müraciət etdim. Özüm hərbitəhsil almışam və ehtiyatda olan "Baş leytenant” idim. İndiki Bakı DövlətUniversitetinin Fizika fakültəsini bitirmiş olsam da, əslində o dönəmlərdə Azərbaycanınəksər ali məktəblərində hərbi kafedralar fəaliyyət göstərirdi. Bizdə də həmçinin.Bu kafedraların tədris prinsipi ondan ibarət idi ki, müxtəlif fakültə tələbələrininbu sahəyə maraqları təmin olunurdu. Mən də onlardan biri olaraq burada hərbi dərsalmış və ehtiyata buraxılmışam. Bu rütbəni almaq da asan olmayıb. Qaydalara görəimtahan əsasında rütbə verildiyindən kəsilənlər həmin dövrdə birbaşa əsgər kimihərbi xidmətə göndərirlər”.

Xülasə!Hərbi komissarlıq məni zabit kimi orduya qəbul etmədi. Səbəbi isə orada bu işləməşğul olan Kapitan Cəfərovun məndən müəyyən miqdarda pul istəməsi idi.


- Könüllülərdən pul istəmək hansı məntiqə söykənir?

- Məsələ onda deyildi. Əsas məğzin açıqlaması ondan ibarətdir ki,müharibə dövründə zabit xidmətə görə yüksək maaş alırdı, sözügedən kapitan isəməndən müəyyən məbləğdə pul alıb xidməti yerimi şəhər zonasına salmaq təklifivermişdi. Dedi hörmət etsən səni Badamdarda və ya Biləcəridə yerləşən hərbi hissəyəgöndərəcəm. Orada rahat işləyərsən. Əslində onun bilmədiyi bir nüans var idi: "Mən ön cəbhədə vuruşmaq istəyirdim”.

Ora gedişimməqsədi də elə bu idi. Uzun söhbətlərdən sonra ona dedim ki, mənim elə mülküdəkifayət qədər qazancım var. Əgərdolanışıqdan söhbət gedirsə, hərbidə qazanacağım məvacib mülki gəlirlərimdənazdı. Təəssüf ki, cəhdim uğursuz alındı. Lakin həmin ilinavqust ayında yenidən hərbi komissarlığa baş çəkdim. Bu səfər də analoji hallarastlaşmağım açığı məni təəccübləndirmirdi. Dedilər hörmət et, təyinatını verəkBakıya. Yoxsa müharibə gedir, daha cəbhədən meyit gətirməkdən bezmişik. Əslindəanlamışdım ki, komissarlıqdakı rütbəlilər öz bildiklərini təklif edəcəklər, nəqədər özümü dağa-daşa vursam da xeyri olmayacaq. Ona görə razılaşmış kimi mənigöndərmək istədikləri Badamdarda yerləşən hərbi hissənin yerini öyrəndim. Hərbihissəyə çatanda orada söylədim ki, ehtiyatda olan zabitəm. Artilleriya hərbihissələrinin formalaşdırılması həmin hərbi hissənin komandiri polkovnikBağırova tapşırıldığı üçün məni onunlagörüşdürdülər”.

Həyatın həssas bir məqamı var: Bir şeyi çox istərkəngözəgörünməz mistik qüvvələr sənə təsadüflər zəminində yardım etməyə başlayır.Elə veteranın müraciət etdiyi vaxt həmin hərbi hissənin artilleriya bazasınazabit tələb olunması buna sübutdur.

"PolkovnikBağırov mənim tank əleyhinə minaatanartilleriya zabiti olduğumu öyrənəndə Qobuda yerləşən hərbi hissəyə göndərəcəyinisöylədi. Daha sonra məni tələbnamə ilə ora yazdılar. İlk günlər mülki geyimdəbir neçə gün orada qaldım. Daha sonra Tabor komandiri Polkovnik Seçenov bizimlətanış oldu. Onu deyim ki,Qobuda yerləşən hərbi hissəni komandiri Polkovnik Seçenov qatı "alkaş” biri idi. Çoxiçən olduğu üçün demək olar ki, hər səhər düzülüşdə onu içkili vəziyyətdə vəmüvazinətini itirmiş halda görmək olardı”.


"Şturmes -"İzdeli 9PE149 məmulatı””

"Qobuda bizimtank əleyhinə qurğularımız vardı. Həmin vaxt ən çox diqqətçəkən hadisə dəonlarla bağlı təəssüratlarımı yada salır. Bildiyiniz kimi əvvəllər Bakıda"Azon” zavodunda elektrik vəzifəsində işlədiyimə görə həmin qurğuların işləməprinsiplərini bilirdim. Mənim təşəbbüsüm qədər qurğulara toxunan olmamışdı. Nəzərəalsaq ki, hərbi hissə cəbhədən yüzlərlə kilometr arxadadır, bu o deməkdir ki,onların istifadəsinə ehtiyac yox idi”. Konversiya olunmuş bu tank əleyhinəmaşınların işıq üzü görməsində və ərsəyə gəlməsində Milli Qəhrəman böyük roluolduğunu söyləyib: "Bir müddətdən sonra Polkovnik Seçonovun icazəsi ilə buqurğunun blomlarını açdıq. Tank Əleyhinə Şturmes qurğularını bir-biraçmağa başladıq. Başlanğıcda onlarınbirbaşa işə salmağı düşünsək də, sonradan rastlaşdığımız mənzərə bizə ruhdüşkünlüyü yaratmaya bilməzdi: Qurğuların bütün blok sxemləri doğranmışdı. Bəsbunlar kim etmişdi? Kimin sifarişi ilə?

Deyilənəgörə hərbi hissəni bazasına yerləşdirərkən bu qurğular Qorbaçovun göstərişi iləzavodun mütəxəssisləri tərəfindən blok sxemləri kəsilərək blomlanıb. Maşınlarınbəzilərinin içərisində təlimatlandırıcı kitabçalara da rast gəlmək olardı.Doğrudur, onların iş rejimini bərpa etmək üçün bu kitabçaların böyük əhəmiyyətivar, lakin sxemlərin yarasız hala salınması bizi Şturmeslərə ekspanat kimibaxmağa vadar edirdi. Lakin bu tamaşa çox davam etmədi, ehtiyat hissə və ləvazimatlaryeşiyi qarşımıza çıxana qədər. Həmin yeşiklər qurğuların daxilində yerləşirdi.Artıq məmulatların icrasına başlaya bilərdik. Yeşikdə yeni blok sxemləri,lampalar və s. kimi əsas qurğuların olması bizi sevindirməyə bilməzdi. Birtexnik kimi bunları yada salmaq anbaan yaddaşımı təzələyir. Bir neçə gün işprosesindən sonra artıq gözlədiyimiz "Qatov k boyu” yazısı işıqlandı...”

Tank əleyhinə minaatan qurğularla ön cəbhədə

"1992-ciilin sentyabr ayında bizi Bakının Biləcəri qəsəbəsindən qatarla yola saldılar.Əsas ünvanımız Ağdam idi. Bərdəyə kimi getdik, daha sonra oradan Uzundərəyəistiqamət aldıq. Həmin vaxt Uzundərə hələ işğal olunmamışdı. Əsas döyüşlərimAğdamda keçsə də, döyüş tariximin bir hissəsi də Qubadlıda keçib. Tank əleyhinəqurğuları ilk dəfə istifadə edildiyi üçün onların sınaq məqsədilə bizə təhvilvermişdilər. Müharibə dövründə kadr çatışmazlığı olduğu üçün bu qurğular birzabit və bir əsgərin öhdəsinə buraxılmışdı. Tank əleyhinə qurğuları əslindəÇavuş rütbəli hərbçilər istifadə etməlidir. Beləliklə iki qurğunu 2 zabit və 2 əsgərəhəvalə etdilər. Artıq növbəli keşik xidmətinə start verilmişdi. Məkanımız Uzundərədəyerləşən qəbirstanlıq ərazisində idi ki, həmin ərazidən kanal keçirdi. Əgərbuna sərhəd demək olarsa, erməni tankları ilə bizi təxminən iyirmi metrlikkanal sədd ayırırdı”.


İlk zərbəm həm də ilk sınağım oldu

"Düşməntankları Ağdamın üzümlük deyilən ərazisində, kanalın o tayında yerləşirdi. Dəfələrləhəmin tankları və üstündə ekipajı müşahidə etmək olurdu. Onları hədəf alıbvurmaq isə işin əsas özülü sayılırdı. Bakıda bizdən xəbər gözləyirdilər. Çünkiyeni qurğuların ilk sınağı və düşmənin itki vermə potensialı döyüşün əsasprioriteti hesab olunurdu.

- Hədəf almaq çətin idi?

- Asandeyildi təbii ki. Dəfələrlə fürsət olsa da bunu dəyərləndirməkdə bir sıra maneələrərast gəlmişəm. Bu əsasən qurğunun iş prinsipi ilə bağlı idi. Belə ki, Şturmesqurğularının işlək vəziyyətdə 30 dəqiqədən artıq vaxtda dayana bilmirdi. Digərtərəfdən isə onların işə düşməsi üçün daha 30 dəqiqə vaxt lazım idi. Bir necə dəfəolub ki, erməni tankları kanalın o tayındabizə atıblar, dəqiq yerlərini təyin etdiyim halda maşının işə düşməməsiməni məyus edib. Təbii ki, bu xoşagəlməzhalla barışmalı olurdum. Çünki barışmasam bu mənə stimul və optimistlik verəbilməzdi. Hər halda ümidlər tükənməz idi. İnanırdım ki, vuracağam. Bu inamımsonda qələbəyə və sevincə gətirdi.Sentyabrın 25-ində ilk zərbəm düşmən tankını partlatmışdı. Tankın içərisindəki3 nəfər ekipaj heyəti ilə birlikdə məhvinə tamaşa edirdik. İçi dolu mərmi vəüstəlik yanacaqla dolmuş çən "Göbələk” partlayışını əmələ gətirdi. Hadisəninardınca bizim əsgərlərimizin sevinc sədaları məni də sevindirməyə bilməzdi”.

-Neçə tank vurmusunuz?

-Ümumilikdə14 tank hədəfim olub. Ancaq olanı deyəcəyəm. Mənə verilən arayışda daha az tanksayı göstərirlir. Yəni rəsmi məlumata görə 10 tank vurmuşam.

-Necə bir hisdir?

-Döyüşməkdənsöhbət gedirsə, çətin və böyük səbr, o cümlədən psixoloji güc tələb edən bir vəzifədir.Vətən yolunda zabit kimi döyüşmək qürur hissi vəd etdiyi qədər, Ağdamdakeçirdiyim bir il ərzində həm sevinc, həm də kadərli anlara şahid olmuşam. Düşmənekipajını məhv etmək nə qədər sevindirici hal olsa da bundan qat-qat kədərlianlar yaşamışıq. Torpaqlarımızın işğalına canlı şahid olmaq qədər ağırsituasiyanın şahidinə çevrilmək buna sübutdur. Bir dəfəsində hətta atdığım mərmidüşmən tankınının əsgərlərini məhv etsə də texnikaya elə böyük zərər vurmadı. Təbiki, meyitləri kənara atıb tankı ələ keçirdik. Bu da böyük bir uğur idi. Həmçininbri neçə ağır texnikaları ələ keçirmişik. 1993-cü ilin avqust ayında Bakıdan hərbçilərgöndərdilər ki, bizi əvəz etsinlər. Əslində bunu çoxdan etməli idilər, görünür yaddançıxmışdıq. Bir il ərzində məninlə eyni səngərdə vuruşan bir çox zabit belə deməkmümkündürsə bu cəhənnəmdən yaxasına qurtarıb. Bəziləri müxtəlif bəhanələrləBakıya qayıda biliblər. Ümumiyyətlə bir şeyi qeyd edim ki, mənə rütbəni də gecveriblər. O vaxtı Qubadlıda döyüşərkən artıq Kapitan idim. Rütbə zabitin səriştəvə təcrübəsini əks etdirir, gec verilən rütbə isə onun daha artıq dünya görüşüvə daha çox təcrübəyə sahib oldğunun göstəricisidir. Bakıda məni əvəz edən yenikadrların qorxusu mənim diqqtimdən yayınmırdı. Təbii ki, Bakıdan ön cəbhəyə təyinatalanlar bu ana kimi canlı atışma, silah səsləri, başının üstündən qığılcımsaçan trasilləri müşahidə etməyiblər. Belə olan halda onları tək qoya bilməzdim.Bakıya döndükdən sora yenidən cəbhəyə qayıtdım. Bir müddət əvəzləyiciləriminüstündə dayandım. Onlar müharibə şəraitənə vərdiş edənədək.. Çünki bir vaxtlar.mənim özüm üçün də çətin olub.

Qubadlısərgüzəştlərim çox çəkmədi. Ancaq vurduğum tankların siyahısında 2 tank məhz Qubadlıdaməhv olub. Həm Ağdamda həm də Qubadlıda gözümün önündə düşmən tanklarının hədəfinətuş gələn bir neçə əsgərimiz şəhid olub. Təbii ki, bunları qəbul etmək ağıridi. Müharibənin acınacaqlı yönlərindəbiri də o idi ki, burada qida təminatı müşkül məsələyə çevrilmişdi. Əslindəqida bazamızda yemək var idi. Lakin onları əldə etmək çətin və risklə müşaiyətonurdu. Çünki, həmin baza başqa kənddə yerləşdiyindən oraya gedən yol dəfələrlədüşmən atəşlərinə məruz qalıb. Mən Bakıya qayıdanda özümüə bir motosikletaldım. Bu motsiklet mənə ön cəbhədə çox kömək oldu. Çünki, kiçik ölçülüolduğundan düşmən sezmədən azuqə gətirə bilirdim. Bunda əvvəl isə hərbi kamazlagətirirməli olurduq. Buna baxmayaraq hər bir yerdə olduğumu kimi burada da təhlükəqaçılmazdır.


Milli Qəhraman adını aldığımı radiodan eşitdim

"Özümhaqqımda danışmağı çox da xoşlamıram. Sadəcə bu adın mənə verilməsini onunla əsaslandırabilərəm ki, Bakıdan müharibənin gedişatını izləyənlər məlumatlar əsasında buradakıgedişatı qiymətləndiridilər. Təbii ki, ilk sınaq atəşini mənim həyata keçirməyimvə bunun uğurula başa çatması, bir neçə düşmən tankı vurmağım haqqında məlumatlarrabitə qovşağı vasitəsilə Bakıya gedib çatırdı. Görünür diqqətdə olmuşam.1994-cü ilin Oktyabr ayının 9-da axşam saatlarında fasilə vaxtı idi. Bizim radiomuzvardı. Onunla kənarda baş verən hadisələrdən xəbər tuturduq. Lakin həmin günDövlət Radio Kanalında prezidentin bir neçə döyüşçüyə Milli Qəhrəman adıverildiyi açıqlandı. Təbii ki, daha sonra siyahıdakı şəxslərin adlarını səsləndirməyəbaşladılar. Mənim adım çıxanda əvvəlcə inanmamışdım, hətta soyadımın da səslənməsiməndə əminlik yatatmırdı. Hər an düşünürdüm ki, başqa bir insan ola bilər.Sabahsı gün mənə xəbrə göndərdilər ki, Bakıya qayıdırsan...”

Rüfət Soltan