adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
24 Dekabr 2018 11:27
9135
SİYASƏT

Milli Məclisin payız sessiyası başa çatır

Azərbaycan Milli Məclisinin 2018-ci il payız sessiyasının sonuncu plenar iclasının vaxtı və gündəliyi məlum olub.

Dekabrın 28-də keçiriləcək iclasın gündəliyinə 44 məsələ daxildir.

Bunlar "Məhkəmələr və hakimlər haqqında", Notariat haqqında", "Antiinhisar fəaliyyəti haqqında", "Elektron ticarət haqqında" "Lisensiyalar və icazələr haqqında", "Patent haqqında", "Banklar haqqında" və s. qanunlara, İnzibati Xətalar, Mülki, Gömrük məcəllərinə dəyişiklik layihələridir.

Plenar iclasda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət qəbul ediləcək. (Report)