adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 Aprel 2017 14:41
84737
MÜSAHİBƏ

“Milli Məclisin ayrıca Hesablama Palatasını yaratmalıyıq” - MÜSAHİBƏ

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili QüdrətHəsənquliyevin Adalet.az-a müsahibəsi.

- Qüdrət bəy, 2017-ci ilinI rübü geridə qaldı. Ötən günlərdə də prezident İlham Əliyev bu yöndə müşavirə keçirdi.Ölkədəki ictimai-siyasi durumu necə dəyərləndirirsiniz?

- Allaha şükür ki, ölkədə sabitlikdi, təhlükəsizlik təmin olunub. Müasirdünyada bu ən ciddi məsələlərdən biridir. Nəzərə alsaqki, bizim əhatə olunduğumuz ölkələrin daxilində çox gərgin proseslər gedir. Bizislam dünyasının bir hissəsiyik və yenə də bizə yaxın ölkələrdə bugünlərdə qanlıterror hadisələri törədilir. Suriya, İraq kimi ölkələrdə vətəndaş müharibəsiuzun illərdi gedir və sonu görsənmir. Beləbir vəziyyətdə təhlükəsizliyin təmin olunması xüsusi qiymətləndirilməlidir. Mənhəmişə söyləmişəm ki, sabitlik statistik yox, dinamik olmalıdır. Yəni bu təhlükəsizliyə görə,bu sabitlik elə bir vəziyyət yaratmamalıdır ki, ölkə durğunluq dövrünə qədəm qoysun.Necə ki vaxtilə Sovet İttifaqı 70-80-ci illərdəbelə bir durğunluq dövrünü yaşamışdı. Ona görə də ölkənin ictimai-siyasi həyatıkifayət qədər dinamik olmalıdır. Ölkədə iqtisadi islahatlar sürətləndirilməlidir. Bir müddət əvvəl neftin qiyməti 40 dollar səviyyəsindəidi. Artıq 55 dollar civarındadı. Bu da Azərbaycanımüəyyən mənada qane edir. Bu əsas verməməlidir ki, başladılmış islahatlar dayandırılsın,belə deyək islahatların sürəti azaldılsın.

- Dinamikanı dediniz. AzərbaycandaI Vitse-prezidentlik İnstitutu təsisolundu. Bunu siyasi müstəvidə bir dinamika kimi dəyərləndirsək, bəs iqtisadi yöndə hansı dinamikanı nəzərdə tutursunuz?

- Bilirsiniz ki, prezident iqtisadiyyatın müxtəlif sahələri, hardasa11 istiqamət üzrə yol xəritəsini imzaladı. Fəaliyyət planını təsdiq etdi. Amma bizhəmin o planın həyata keçirilməsi istiqamətində konkret operativ və çoxsaylı qərarlarınqəbul olunmasını görmürük. Əlbəttə kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlımüəyyən qərarlar qəbul olunur. Amma yenə də deyirəm, bu, qənaətbəxş deyil. Düşünürəmki, daha sürətli iqtisadi islahatlar aparılmalıdır. Bu islahatların nəticəsi olaraqelə bir vəziyyət yaradılmalıdır ki, birinci ölkə xarici investorlar üçün çox cəlbediciolsun. İkincisi, Azərbaycan sahibkarı pulunu qonşu ölkələrə, tutaq ki, Rusiyaya,Gürcüstana, Türkiyəyə, Qazaxıstana və eləcə də başqa ölkələrə yatırmaqdan çox Azərbaycaniqtisadiyyatına yönəltməkdə maraqlı olsun. Yəni o qonşu ölkələrdən də bizə investisiyaqoyulsun. Bunun üçün də bütün islahatlar paralel aparılmalıdır. Sahibkar, investorəmin olsun ki, onun əmlakı toxunulmazdır və qanunla qorunur. Əgər onun mülkiyyətiüçün təhlükə yaranarsa, o istənilən vaxt məhkəmədə öz haqlarını, hüquqlarını qoruyabiləcək. Bu baxımdan hesab edirəm ki, kompleks şəklində islahatlar sürətləndirilməlidir.Bu islahatlar dediyim kimi sürətləndirilməsə, bəzi istiqamətlərdə, məsələn, köklü islahatlar aparılmasa, xüsusilə də iqtisadisahədə, mən hələ siyasi sistemi qoyuram bir kənara, tutaq ki, neftin qiyməti 20dollara düşsə, ölkə sıxıntılarla üz-üzə qalacaq. Bizə dönərli valyuta lazımdı. Bilirsinizki, ölkə müharibə vəziyyətində yaşayır. Napoleon demiş, «müharibəni süngüylə aparmırlar,müharibəni aparmaq üçün qızıl lazımdır». Valyuta olmasa müharibəni aparmaq mümkündeyil.

- Sahibkarların hüquqlarınınqorunması aspektlərindən danışdınız. Sözünüzdən belə çıxır ki, bu istiqamətdə hüquqicəhətdən hansısa boşluqlar var. İstər məhkəmə sahəsində, istər qəbul olunan qərarlardasahibkarların hüquqları o dərəcədə qoruna bilmir.

- Parlamentdə bir dəfə də bununla bağlı məsələ qaldırılmışdı. Bir sahibkarınobyektini qanunsuz olaraq sökmüşdülər. Mətbuatın yazığından mən belə başa düşdüm.Çünki bunun əksi olsaydı, müvafiq orqanlar bunu təkzib edərdilər. Mətbuatda kütləvişəkildə bu barədə yazıldığından parlamentdə bu məsələni qaldırdım ki, əgər gününgünorta çağı sahibkara imkan verilmirsə ki, onun içindəki əmlakını çıxarsın, tutaqki, məhkəmə qərarı olmadan və əmlakın əvəzi konstitusiyada yazıldığı kimi ədalətlişəkildə qabaqcadan ödənilmədən əgər uçurdulursa, istənilən sahibkar fikirləşər ki,sabah onun da əmlakı eyni qaydada uçurdula bilər. Ona görə də mülkiyyət toxunulmazlığıilə bağlı, qanunun hüquqi təminatı ilə bağlı gərək hüquqi mexanizmlər yaradılmalıdır.Söhbət təkcə verilən vədlərdən getmir. İnsanlar adətən eşitdiklərinə yox, gördüklərinəinanırlar. Ona görə də biz elə bir vəziyyət yaratmalıyıq ki, bu kimi hallar Azərbaycandabaş verməsin. Tutaq ki, dövlət ehtiyatları üçün hansısa obyektlərin alınmasındansöhbət gedirsə, hakimiyyət orqanları kifayət qədər səbirli davranmalıdırlar və bütünqanuni prosedurlara sona qədər əməl etməlidirlər. Hətta onun nə qədər müddət almasındanasılı olmayaraq. Bəzi hallarda görürsünüz yol çəkilir. Yol çəkilən zaman vətəndaşlarınəmlakını vurub uçururlar. Bu yol deyil. Bu yola görə görün ölkənin imici haqqındanə qədər mənfi fikir formalaşdırırlar. Düşünürəmki, hüquq müstəvisində məmurları da məsuliyyətə cəlb etmək imkanları olmalıdır.Sahibkarın əmlakı sökülüb, kim məsuliyyətə cəlb olundu ki? Mən bu barədə eşitmədim.Tanıdığım insanlar var ki, onların obyektləri sökülüb. Vəd verilib ki, konpensasiyaödəniləcək, amma hələ ki, heç nə ödənilməyib.

- Yeri gəlmişkən, yaxın günlərdəAqrar Məsələlər Komitəsində deputatlar arasında bir gərginlik yaşandı. Səbəb qanun layihələrindədeputatların fikirlərinin nəzərə alınmaması idi. Bu tendensiya hardanqaynaqlanır?

- Mən vaxtilə bu məsələni parlamentdəqaldırmışam. Prezidentin parlamentdə xüsusi nümayəndəsi təyin olunsun. Rusiyadada belə bir təşəbbüs olub. Həmin nümayəndə bütün parlamentin iclaslarında, o cümlədənkomitə iclaslarında iştirak edir və ordakı fikirləri mütəmadi olaraq birbaşa prezidentəçatdırır. Qanunvericiliyin mükəmməl olması baxımından buna çox böyük ehtiyac var.Bizdə hazırda komitələrdə müzakirələr gedir. Bilirsiniz ki, bizdə qanunların hardasa95 faizi, bəlkə də daha artığı prezidentin imzası ilə Prezident Administrasiyasındangəlir. Müzakirələrdən sonra komitə sədri, hörmətli Əli müəllim (Əli Hüseynli - MilliMəclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri) deyirki, bunu qanunvericiliyin subyektiylə, yəni qanuna göndərən orqanla müzakirə etməliyik.Müzakirələrin də nəticəsində çox vaxt dəyişikliklər nəzərə alınmır, yaxud nəzərəalınanda köklü şəkildə nəzər alınmır. Biri var bir nəfər gedib deputatın fikriniçatdıra, biri də var həmin qanunu parlamentə gətirən adam. Təbii ki, prezident ora savadlı hüquqşünas təyinetməlidir, həmin şəxs də gəlib parlamentdə deputatların arqumentlərini biləndənsonra həmin fikirləri prezidentin özünə çatdırmaq imkanı olmalıdır. Həmin şəxs dəelə biri olmalıdır ki, o kimlərinsə vasitəsi ilə yox, birbaşa prezidentin özü ilətəması olsun. Yəni prezidentin komitə iclasındansonra bu şəxslə görüşmək imkanı olmalıdır. Mənim gəldiyim qənaət odur ki, hansısanazirlik, dövlət orqanı özünə lazım olan formada qanunu aparıb təqdim edir PrezidentAdministrasiyasına, orda da üstünə dərkənar qoyub təqdim edirlər prezidentə. Beləolmaz. Düşünürəm ki, prezidentin parlamentdə səlahiyyətli nümayəndəsinə ehtiyacvar.

- Qüdrət bəy. millət vəkili ilə yanaşı, eyni zamandapartiya sədrisiniz. Cəmiyyətdə baş qaldıran problemlərlə bağlı ictimai nəzarətinyaradılması yönündə əməkdaşlıq etdiyinizpartiyalarla məsləhətləşmələr olubmu?

- Çox təəssüf ki, Cənubi Qafqazda yeganə ölkəyik ki, bizim parlamentdəparlament fraksiyası yoxdu. Parlament fraksiyasının olmaması vəziyyəti bir az çətinləşdirir.Bizdə 25 nəfər nəzərdə tutulub ki, parlament fraksiyası yaradılsın. Bu da indikisiyasi reallıqlarda qeyri-mümkündür. Onun üçün də nə alternativ məruzələrlə çıxışetmək mümkündür, nə hər hansı məsələni ciddiyyətlə parlament rəhbərliyinin qarşısınaqoymaq mümkündür. Burda yalnız fərdi qaydada çıxışlar olur ki, onun da Fəzail müəlliminsöylədiyi kimi, effekti olmur. Mən bayaq dedim ki, bütün diqqət yönəlməlidir iqtisadisahəyə, amma siyasi islahatlar da davam etdirilməlidir ki, ölkədə sağlam və güclümüxalifət formalaşa bilsin. Bir çox nöqsanlar da, söylədiyim məmur özbaşınalığı ölkədə güclü müxalifətin olmaması ilə bağlıdır.Bir məmuru yüngül tənqid et, səhər bir məsələ ilə bağlı ona zəng et, heç sənin zənginəcavab verməyəcək. Nə qorxmurlar, nə çəkinmirlər, özlərini o qədər sərbəst hiss edirlərki. Başqa ölkələrdə belə deyil. Parlamentin hökumətə təsir imkanları olmalıdır.Bizdə bunu məmurlar hiss edirlər ki, təsir kifayət qədər güclü deyil. Ona görə dəbildiklərini edirlər. Misal üçün, dövlətsatınalmaları ilə bağlı qanun layihəsi gəldivə Cinayət Məcəlləsində dəyişikliklər edildi. İndi Hesablama Palatasının son rəyihaqqında da məlumatlar var ki, kifayət qədər hərraclar keçirilmədən, tamamilə nazirlər,komitə sədrləri öz istədikləri kimi dövlət vəsaitindən istifadə edirlər. Bu da onugöstərir ki, maliyyə nəzarəti düzgün təşkil olunmayıb. Beynəlxalq bankda baş verənlərbunu əyani sübut edir. Mən vaxtilə söyləmişdim ki, biz çox azsaylı ölkələrdən biriyikki, orda iqtisadiyyat komissiyası büdcəyə nəzarət edir. Amma dünyanın bütün sivilölkələrində büdcəyə nəzarət üzrə komitə var. Mən vaxtilə məsələ qaldırmışdım ki,Azərbaycanda büdcə və büdcəyə nəzarət üzrə ayrıca komitə yaradılmalıdır. Bu komitəil boyu həm büdcə layihəsinin hazırlanmasında iştirak eləməlidir, həm də büdcə vəsaitlərindənistifadəyə nəzarət etməlidir. Biz Milli Məclisin ayrıca Hesablama Palatasını yaratmalıyıq.Hesablama Palatası Milli Məclis tərəfindənformalaşdırılan qurumdur və Milli Məclisə hesabat verir. Amma vəsaitin xərclənməsinənəzarət prosesində deputatlar bilavasitə iştirak etmirlər. Yenə də hansısa şəxslərin vasitəsilə iştirak edirlər.Amma dünyanın hər yerində biz görürük ki, komitə üzvləri, yəni konqrensmenlər, parlamentarilərözləri birbaşa bu proseslərdə iştirak edirlər. Əgər Azərbaycanda belə bir büdcəvə büdcəyə nəzarətlə bağlı komitə yaradılacaqsa, mən düşünürəm ki, onun effekti daha çox olacaq.Özü də inkişaf etmiş ölkələrdə bu komitənin sədri birbaşa müxalifətdən təyin olunur.Əgər Azərbaycanda da belə bir qurum yaradılarsa, bu da öz töhfəsini vermiş olacaq.

- Siz dediyiniz komitə iləbağlı iclaslarda maliyyə pozuntuları ilə bağlı ətraflı məlumat varmı?

- Bizim mətbuatda oxuduqlarımız kifayətdir. Hesablama Palatası parlamentdəhesabat verdi. Orda da bu məsələlər müzakirə olundu. Hesabata baxanda dəhşətlifaktların şahidi olursan. Dəmiryol xətti üzərində xüsusi məlumatverici qurğularınquraşdırılması üçün dəyəri hardasa 52 milyondollar olan bir avadanlıqlar 344 milyon dollara alınıb. Dəyərindən altı dəfə dəbaha. İsveç prokurorluğunda cinayət işi qaldırılıb. Bu 20 faiz torpağı işğal altındaolan bir ölkənin, bir milyona qədər qaçqını olan bir dövlətin, bu insanların vəsaitidi.Vəsaitin bu cür amansızcasına dağıdılması şəxsən məni dəhşətə salır. Bu əmlakı oğurlayanlaro qədər fərasətsiz və bu xalqa düşmən kəsilmiş adamlardılar ki, bunların heç oğrukimi də qabiliyyəti yoxdur. Misal çəkim: 344 milyon vəsaitin 56 milyonu geri qaytarılacaq,52 milyon da malın dəyəridi. Bu 344 milyonun qalanı gedib xarici şirkətlərə. Bunlarınoğru kimi də ləyaqəti yoxdur. Oğrular bir şeyi oğrulayanda gedib onu bölürlər. Prezidentdəfələrlə vurğulayıb ki, büdcənin hər manatına qənaət olunmalıdır.Bunun üçün yeni nəzarətedici mexanizm yaratmaq lazımdır. O mexanizm yaranmadığı təqdirdə heç bir yüksəkiradə, qətiyyət, siyasi iradə və əzmkarlıq bu vəziyyəti dəyişmək imkanına malikdeyil.

- Buna nə mane olur?

- Kadr problemləri ciddidir. Baş sektordakı vəziyyət onu göstərir ki,bizim güclü mütəxəssislərə ehtiyacımız var.Düzdür, xaricə göndərilmiş gənclərimiz var. Amma onlar da gərək institutu bitiribqalıb orda işləyələr, bir az təcrübə toplayalar. Düşünürəm ki, artıq Avropada kifayətqədər təcrübə toplamış gənclər var, o gənclər də yavaş-yavaş cəlb olunmalıdır Azərbaycandadövlət idarəetməsinə və iqtisadiyyatın inkişaf etdirilməsinə. Söylədiyim kimi, onlarbu proseslərdə yaxından iştirak etməlidirlər. Mən həmişə qeyd edirəm ki, Azərbaycandarəqabətə davamlı iqtisadiyyat formalaşdırmaq üçün dünya miqyasında rəqabətə davamlıkadrlar lazımdır. Bunun üçün də elmin inkişafına diqqət yetirilməlidir. HazırdaAzərbaycanda durum bundan ibarətdir ki, hər il gənclər göndərilməlidir dünyanınən yüksək reytinqli universitetlərinə və Azərbaycan özü üçün yüksək səviyyəli kadrlarhazırlamalıdır. Vaxtilə Azərbaycanda XX əsrin əvvəllərində ən çətin beynəlxalq tarixişəraitdə məhz xaricə təhsil almaq üçün göndərilmiş azərbaycanlılar – istər Rəsulzadədəntutmuş, istər Topçubaşov olsun, onun ətrafı olsun, yaxud da kommunist tərəfi olsun,Nərimanov. Yəni bunların hamısı xaricdə – Moskvada, Peterburqda, İstanbulda, Parisdə– təhsil almış insanlar idilər və o insanlar həmin dövrdə bir dövlət qurdular. Onunüçün deyirəm ki, indi XXI əsrin əvvəlidi və bizim o cür istedadlı gənclərə ehtiyacımızvar.

Ədil Ədilzadə