adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
27 Aprel 2015 18:48
1125
SİYASƏT

Millət vəkilləri TürkPA komissiyasının iclasında iştirak edəcəklər

Azərbaycanın millət vəkilləri Sədaqət Vəliyeva və İqbal Ağazadə TürkPA komissiyasının iclasında iştirak etmək üçün aprelin 28-dən mayın 1-dək Qırğızıstanın paytaxtı Bişkekdə səfərdə olacaqlar.

Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, qurumun Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının dördüncü iclasında "TürkPA üzvü olan ölkələrdə seçkilər, seçki sistemləri və Assambleyanın seçki müşahidəsi fəaliyyətləri” mövzusunda hesabat məruzəsi dinləniləcək. Mövzuya dair tövsiyə qərarı qəbul ediləcək. Komissiyanın növbəti iclası ilə əlaqədar təşkilati məsələlərə baxılacaq.

Deputatlarımız müzakirələrdə yaxından iştirak edəcəklər.