adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
27 Mart 2018 15:58
63599
MÜSAHİBƏ

Millət vəkili olanda türkcə and içdim... - MÜSAHİBƏ

Əsəd Ərbil İraqın ünlü yazarlarından biridir. ÖzüŞimali İraqdakı Kürdüstsn muxtariyyatının paytaxtı Ərbildə yaşayıb yaradır. Bugünlərdə ölkəmizə qonaq gəlib. Yazıçılar birliyinin sədri Anar müəllimləgörüşüb, eləcə də bir çox qəzet-jurnalların qonağı olub.  Biz də dəvət etdik. Sağolsun, dəvətimizi qəbuletdi, yazıçı-jurnalist Tahir Paşa ilə qonağımız oldu, bir stəkan çayımızı içdi,biraz da dərdləşdik.

- Əsəd bəy, türklərin bir sözü var, bizi görən kimionu deyirlər: Öz evinizə xoş gəlmisiniz! Bizdən təxminən 1500 km uzaqdasınız, həmdə Cənubi Azərbaycana yaxınsınız. Qısası evinizə xoş gəlmisiniz. Siz türklərintürkcəsinə yox, bizim türkcəmizə daha yaxınsınız. Bu nədən irəli gəlir?

-  Təbii, tarixi araşdırmalara söykənərək deyəbilərəm ki, bizim, əslimiz, kökümüz Azərbaycandan gələnlərdir.

- Azərbaycandan gəlmələrdir, yoxsa orada doğulubböyümüsünüz?

- Əvvəlcəatalarımız gəldi, sonra biz. Azərbaycan evimizdir. Köçməklərinin səbəbinisoruşsanız deyim ki, buraların torpaqları çox əlverişlidir deyə heyvan saxlamaqüçün, təsərrüfatla məşğul olmaq üçün buralara köçüblər. Türkü ancaq türk yıxar,türkün türkdən başqa düşməni yoxdur. Onun üçün də nəsillərimiz bir-birinisıxa-sıxa gəlib buralara kimi çıxıblar.

- Bildiyimə görə, sizin yaşadığınız ərazilər qədimşumerlərin məskənidir. Oljas Süleymanova da, bizim araşdırmaçı yazıçımız ƏlisaNicat da bu barədə yazıb. Oljas şumerlərdən 80, Əlisa 120 türk sözü tapmışdı.Bu da türklərin qədimliyini sübut edir. Yəni biz elə o torpaqlarda doğulmuşuq. Bəs,yaxşı, Ərbildə nə qədər türk yaşayır?

- Busuala cavab verməmişdən qabaq onu deyim ki, İraq türklərinin tarixi haqqındabir kitab üstündə 9 ildən çoxdur işləyirəm. İnsaniyyətə yazı öyrədənlər şumerlərdir.Kərkük bizim mübarizə şəhərimizdir. Türklər Ərbildə də, Mosulda da, Kərkükdə də,Tuz-Xurmatuda da, Tall-Afarda da var. Tall-Afarda türklər olduğu üçün oranı məhvetmək istəyirlər. Ərbildə 500 min ailə var. Təxminən iki milyon türk yaşayır. Bütünbu mübarizələrə baxmayaraq Ərbildə demokratiya var. Mən millət vəkili olandatürk dilində and içdim.


- Əsəd bəy, türk dilində nə qədər qəzet, jurnalçıxır orada?

- Səkkiz-doqquzsiyasi partiyamız var. 3 quruluşumuz var. Hökümət tərəfindən partiyalara maddidəstək olunur. Türk dilində 3 dərgimiz, 2 jurnalımız var.

- Yazarlar birliyiniz də var?

- Bizimyazarlar birliyinə həqiqi şair olmayanları qəbul etmirik. 65-67 arası yazarımızvar.

- Türklərlə kürdlərin yazarlar birliyi ayrıdırmı?

- Bəli.Ayrı olmalıdır da. Biz kürdlərin yazarlar birliyinə üzv olsaq bizi də kürd kimitanıyacaqlar.

- Bir ümumi ad altında birləşəydiniz də.

- Biz təklifetmişdik ki, Kürdüstan yazarlar birliyi olsun ki, hamımızı bir yerə yığabilsin. Bizə "yox” dedilər. Dedilər ki, bizim məqsədimiz "kürd” sözünütanıtmaqdır.

- Bəs, sizin yazarlar dünyaya necə çıxa bilirlər?Heç mən digər ölkələri demirəm, Türk dünyasını deyirəm.

- 2012-dəDaxili işlər nazirliyinə diləkçə verdik, təsdiqlədilər. Birliyimizi yaratdıq, həftəliktədbirlərimiz olur. Birliyin idarə heyəti 9 nəfərdən ibarətdir. Yoldaşlarımadedim ki, türk dünyasına açılmaq vaxtıdır. Türkiyəyə, Kıbrısa, Təbrizə, Azərbaycana.Artıq bu saydığım ölkələrdən 80-ə yaxın üzvümüz var. Hətta sizin Yazıçılarbirliyinin sədri Anarı "Onur başkanı”, Fikrət Qocanı "Onurbaşkanı yardımçısı”seçmişik.

- Türkiyədə "Bengü” nəşriyyatı var, Yaqub Öməroğlununbaşqanlıq etdiyi Avrasiya yazarlar birliyi var, jurnalları çıxır, türk müəlliflərdərc olunur.


- Bəli,bizim də görüşlərimiz olur ara-sıra. Amma biz türkləri öz yurdumuza gətirəbilmirik. Niyə? Çünki güvənləri yoxdur. Bu İŞİD məsələsi bütün işləri korladı.

- Axı, sizdə əmin-amanlıqdır.

- Sondönəmlər Bağdadla Ərbil arasında referendum məsələsinə görə soyuqluq yaranıb.

- Necə olur ki, Ərbildə kürdlərlə türklər qardaşkimi yaşayır, amma başqa yerlərdə yox?

-Krallıq dövründən bəri ərəblər türkmənləri tanımırlar. İlk dəfə Kürdüstan bölgəsindəParlamentdə türkmənlər tanındı millət olaraq. İraqda da baxdılar ki, Kürdüstanda türkmənlər millət olaraq tanındı,onlar da tanıdılar. Parlamentdə 7 türkmən var.

- Bəs, Bərzani hökümətində nə qədər?

- Oradada 5.

- Bəs, ümumi?

-Ümumilikdə 111.

- Dediniz ki, türkmənlərin 8 partiyası var.

- 8partiyadır, amma parça-parça olduğuna görə 30 sayılır. Elə bizim taleyimizi yoxedən də bu birliyin olmamasıdır. Məsələnin kökü maliyyələşmə problemidir. Məsələn,mən 2 milyon verib iki partiyanı özümə bağlayıram, o birisi üç partiyanı, digəri5 partiyanı.  Kim daha çox pul versə...Millətə xidmət isə yoxdur. Baxın, Parlamentdə toplantılar olur, hamı dost,qardaşdır, elə ki, toplantı qurtardı, hamı çölə çıxdı, vəssalam, o bunundalınca danışır, bu onun.

Buyaxınlarda Bərzaniyə diləkçələr yazılacaqdı, nə istəsək verəcəkdi bizə. Özaramızda danışmışdıq ki, bircə pul istəyimizi ərz etməyək. Bu bizi gözdənsalar. Elə də oldu. İstəklərimizi yazıb diləkçələrimizi göndərdik. Səhərsi 5partiya Bərzanidən pul istəməyə getdi və həm sözümüzə xilaf çıxdılar, həm dəbizi gözdən saldılar.

- Türkiyə necə, sizə maddi yardım edirmi?

- Türkiyəbirbaşa İraq-türkmən cəbhəsini tanıyır. Başqa partiyalara bir qəpik də köməketmir, yəni bizə də.

- Siz istədiyiniz zaman Türkiyəyə gedə bilirsiniz?

- Vizalazımdır. Vizanı da almağa pul. Türklər də bizə gəlmək üçün viza alırlar. ƏvvəlBərzanidən alırdılar, indi İraqdan....

- Televiziyanızda türkcə verilişlər yayımlanırmı?

- Var.İraq-türkmən cəbhəsinin "Türkməneli” kanalı var. Amma Ərbilin öz kanalı yoxdur.


- Siz yazıçısınız. Sizdə yazıçı öz qonorarı ilədolana bilirmi?

- Mənindiyə kimi 13 kitab yazmışam, hamsını da 500 min nüsxə ilə çap etdirmişəm,amma bir manat da almamışam. Hamısını pulsuz paylamışam.

- Niyə?

- Çünkiistək yoxdur. Kitaba pul vermirlər.

- Kürd yazarlarda da vəziyyət belədir?

- Bəli,eynidir. Amma kürdlərin 100 qəzeti, 50 dərgisi var.

- Siz niyə artırmırsınız?

-Pulumuz yoxdur...

- Məktəbləriniz hansı səviyyədədir? Avropa səviyyəsindədir,yoxsa?

- İraqıntəhsil səviyyəsi yaxşıdır. Xüsusilə özəl məktəblərin.

- Bizim 10-dan çox kanalımız var, hamısı da peykləyayımlanır. Siz necə, baxa bilirsinizmi bizim kanallara?

- Biz dəsizin kanallara baxırıq, çox normal da göstərir. Ən çox AZTV ilə Xəzər tv-yəbaxırıq. Biz türk peykilə sizin kanallara baxırıq deyə cəmi üç-dördünə baxabilirik.

- Ailə həyatınız haqda, özünüz haqda da bir-iki kəlmədesəniz...

- 63yaşındayam, 2 qızım var, bir oğlum 22 yaşında avtomobil qəzasında həlak olub.Qızımın biri evlidir, bir nəvəm var, o biri qızımın 10 yaşı var.

- Həyat yoldaşınız bir dənədir?

- Bir dənədir,artıq olmaz. (gülür)

- Axı, sizdə 3-4 arvad almağa icazə var.

- Əvvəlləricazə var idi, amma təzəlikcə parlamentdə bu qanun ləğv olundu. Amma əgərikinci qadınla evlənmək istəyirsənsə gərək birinci həyat yoldaşın "Notarius”dasənədə qol çəksin, razılıq versin.

- Belə çıxır ki, dolayısı ilə icazə var da. Ümumiyyətlə,bu dörd arvad almağın adı əxlaqsızlıqdan başqa bir şey deyil.

- Əlbəttəki, dörd qadının içində istər-istəməz ədalət də öz yerini tapmayacaq.

- Siz öz yazarlar birliyinizin sədrisiz. Azərbaycanagəlmisiniz, Anarla görüşmüsünüzmü?

- Bəli,görüşmüşük, yeni kitabımı da hədiyyə etmişəm.

- Öz yeni kitabınızı latın əlifbası ilə mənəyollayın, mən sizin kitabı burada çap etdirim.

- Niyəgöndərmirəm ki?! Əla olar, təşəkkür edirəm.

 

Əsəd bəyləAqil Abbasın dərdləşməsini qələmə aldı - Emin Akif