adalet.az header logo
  • Bakı -°C
27 Aprel 2026 16:33
105
SİYASƏT
A- A+

Məzahir Pənahov yenidən MSK sədri seçildi

Bu gün Mərkəzi Seçki Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib.

Adalet.az xəbər verir ki, iclasda təşkilatı məsələlərə - MSK sədrinin, sədr müavininin və katiblərin seçilməsi məsələsinə baxılıb.

Məzahir Pənahov yenidən MSK sədri seçilib. Rövzət Qasımov MSK sədrinin müavini, Arifə Muxtarova və Mikayıl Rəhimov isə MSK-nın katibi seçiliblər.

Qeyd edək ki, Məzahir Pənahov 26 ildir Komissiyaya rəhbərlik edir.