12 Sentyabr 2023 12:55
2928
TEXNOLOGİYA

Metronun iki stansiyasına əlavə “X-Ray” aparatları yerləşdirilib

Bakı metrosunun “Nərimanov” və “Gənclik” stansiyalarının hər iki girişində əlavə “X-Ray” aparatı yerləşdirilib.

Adalet.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin Hərəkət xidmətinin rəisi Elxan Məmmədov deyib.

O bildirib ki, məqsəd yeni tədris ilində sərnişin axınını qismən də olsa tənzimləməkdir: “Həmin aparatların metronun digər stansiyalarında da yerləşdirilməsi infrastrukturdan asılıdır”.