Mərkəzi Bankın keçmiş binası ilə bağlı yeni qərar
Azərbaycan Mərkəzi Bankının (AMB) keçmiş əsas inzibati binası Maliyyə Nazirliyinin istifadəsinə verilib.
Adalet.az xəbər verir ki, söhbət paytaxtın Rəşid Behbudov küçəsi, 90 ünvanında yerləşən binadan gedir.
Binada Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi, Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi və digər struktur bölmələrinin fəaliyyət göstərməsi nəzərdə tutulur.
İlkin məlumata görə, bina Maliyyə Nazirliyinin istifadəsinə icarə əsasında verilib. Bununla belə hələlik Mərkəzi Bank və Maliyyə Nazirliyi tərəfindən məsələ ilə bağlı hər hansı rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, sözügedən bina 1998-ci ildə tikilərək istifadəyə verilib. Mərkəzi Bank 2026-cı il iyunun 22-dək bu binada fəaliyyət göstərib. Həmin tarixdən etibarən bankın əsas fəaliyyəti Heydər Əliyev prospekti, 167 ünvanında yerləşən yeni inzibati binaya köçürülüb./apa
Digər Xəbərlər
17 Noyabr 2026 16:26
Yaşayış minimumu birinci oxunuşdan keçdi
17 Noyabr 2026 16:12
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyaları artırıldı
17 Noyabr 2026 12:19
"Vergidən azadolmaların daha bir neçə il uzadılması vacibdir" - Komitə sədri
17 Noyabr 2026 11:14
“Bu məsələdə olduqca ehtiyatlı davranılmalıdır”
17 Noyabr 2026 11:12
Siqaret bahalaşacaq - Bu tarixdən
16 Noyabr 2026 17:51
Əmanət faizlərinə gələn ildən vergi tətbiq oluna bilər - Deputat açıqladı
16 Noyabr 2026 16:52
Azərbaycanda bu şəxslərin maaşının artırılması təklif olunur
16 Noyabr 2026 13:20


Bakı -°C

