MƏTBUAT ƏHMƏD ƏHMƏDOV ÜÇÜN YAXŞI İŞLƏYİR
Saytlar və sosil şəbəkələr bütün gücü ilə bu qatilin istintaqına mane olur, onun dəli olduğunu sübut etməyə çalışır. Bu qatili ömürlük cəzadan xilas eləmək üçün qohum-əqrəbaları mətbuata ciddi yardım edirlər. Axtarıb tapırlar ki, haçansa Psixiatriya xəstəxanasında yatıb, ona elə bir diaqnoz qoyublar ki, nə sülh vaxtı, nə də müharibə vaxtı orduda qulluq edə bilməz.
Yəqin ki, kənardan hansısa bir qüvvə çalışır ki, qatili dəli çıxarsın və onu göndərsin dəlixanaya, 1 il, ya 2 il dəlixanada yatmaqla yenidən azadlığa çıxsın. Yenidən əlinə balta götürsün, istənilən adamı və ya deyilən adamı baltalasın.
Mən inanmıram ki, istintaq orqanları bu küyə gedə. Müstəntiq deyiləm, amma çox gözəl anlayıram ki, bu qatil dəli-filan deyil.
Azərbaycanda belə bir söz var, biri dəlilik edəndə deyirlər ki, əşi, fikir verməyin dəlidi. Onun dəlilik etdiyi adam da qayıdıb deyir: «Dəlidi, getsin öz başını vursun divara».
Onun şəklinə baxın, idmançı yaraşıqlı bir oğlandı və üz-gözündən də dəlilik tökülmür.
Yəqin ki istintaq orqanları bizim bilmədiyimiz çox həqiqətləri üzə çıxaracaq. Gözləyək, istintaqa mane olmayaq və özümüzdən Amerika kəşf etməyək.
Digər Xəbərlər
04 Oktyabr 2026 18:32
Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının FOTOSU
03 Oktyabr 2026 17:50
DİN əməliyyat keçirdi, İran vətəndaşı və daha 7 nəfər tutuldu
03 Oktyabr 2026 11:46
Polis bir gündə 57 nəfəri saxladı
02 Oktyabr 2026 11:47
Qaxda əməliyyat - İki nəfər həbs edildi
01 Oktyabr 2026 18:17
5 milyonluq şəbəkənin üzvləri saxlanıldı - KMBİ-dən əməliyyat - VİDEO
01 Oktyabr 2026 10:24
Beynəlxalq axtarışda olan şəxs Polşadan Azərbaycana ekstradisiya edildi
30 Sentyabr 2026 13:49
Bərdədə 26 yaşlı gənc qətlə yetirildi
30 Sentyabr 2026 10:19


Bakı -°C

