Məşhur türk aparıcı kişi axtarır: “Çox varlı olsun, yaxşı öpməyi bacarsın”
Türkiyəli teleaparıcı Saba Tümer ideal kişidə axtardığı xüsusiyyətləri açıqlayıb.
Adalet.az musavat.com-a istinadən bildirir ki, Saba Tümer bu barədə Melis İşitenin təqdim etdiyi "Zaten Şov" proqramında danışıb.
Aparıcı bir kişidə onu cəlb edən beş əsas xüsusiyyəti sadalayıb: birlikdə əylənə bilmək, yaxşı öpüşmək, yumor hissinə malik olmaq, çox varlı olmaq və xoş qoxmaq.
Tümer eşq həyatı ilə bağlı açıqlamalarında ən uzun münasibətlərinin Xərçəng bürcündə olan kişilərlə yaşandığını da bildirib.
"Ən uzun münasibətlərim həmişə Xərçəng bürcü kişiləri ilə olub. Artıq Xərçəng kişilərinin nə qədər şirin yalançı olduğunu biləcək qədər təcrübəliyəm. Tövbə!" - deyə o, zarafatla qeyd edib.
Flört etməyi sevdiyini gizlətməyən aparıcı münasibətlərdə fiziki uyğunluğun və enerjinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, insanlar arasında kimyəvi uyğunluq məcburiyyətlə yaranmır.
Saba Tümer müasir münasibətlərdə səmimiyyətin azaldığını da düşünür. O, insanların həm dostluqda, həm də şəxsi münasibətlərdə daha süni davrandığını, nümayiş və özünü göstərmək həvəsinin artdığını bildirib.
Digər Xəbərlər
09 Noyabr 2026 11:31
“İki il boyunca o anı gözlədik” - “Şahzadə Mustafa”dan etiraf
08 Noyabr 2026 14:13
Ərinə görə övladının toyunu təxirə saldı
07 Noyabr 2026 21:10
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan
06 Noyabr 2026 13:39
"Həkim sevgini qadağan edib" - Cem Yılmaz
05 Noyabr 2026 21:56
CineMastercard-da Meryem Uzerli ilə «İmroz’da Bahar» filmin təqdimatı keçirilib - VİDEO
05 Noyabr 2026 13:29
Aktrisa: “Avtomobil idarə edən qadınlar haqda mənfi fikirlər yaranır”
05 Noyabr 2026 12:14
Kənan Mahmudov: “Qadın o zaman ucalır ki…”
05 Noyabr 2026 07:41


Bakı -°C

