Aktrisa: “Avtomobil idarə edən qadınlar haqda mənfi fikirlər yaranır”
Aktrisa Günəş Tegin cəmiyyətdə maşın sürən qadınlara qarşı münasibətin birmənalı olmadığını söyləyib.
Adalet.az bildirir ki, o, əks cinsin avtomobil idarə edən qadınlar haqda müsbət düşüncədə olmamalarını qınayıb:
“Hər yerdə elan edirik ki, müasir cəmiyyətik. Ancaq sükan arxasında qadın görən kimi ilk ağlımıza nə gəlir? Görəsən, bu maşını ona kim alıb? Yəni düşünmürük ki, bu maşını ona atası ala bilər, yaxud da özü uğur qazanmış xanımdır, işləyib özünə avtomobil alıb.
Bizim cəmiyyət qadnın uğurun gec qəbul edir. Yüksək vəzifədə işləyən qadınlar var. Hansı ki, onlar öz zəhmətləri ilə irəli gediblər”.
Əntiqə


Bakı -°C

