adalet.az header logo
  • Bakı -°C
02 Sentyabr 2026 11:50
58
ŞOU-BİZNES
A- A+

Sevda Əliqızı: “Səmədi unuda bilmərəm”

Müğənni Sevda Əliqızı xalq artisti Səməd Səmədovla bağlı xatirələrini danışıb.

Adalet.az  xəbər verir ki, müğənni hələ də həmkarının ailəsi ilə əlaqələrini kəsmədiyini etiraf edib:

“Onunla möhkəm dostluğumuz olub. Hətta sənət dostundan əlavə ailəvi dost idik.  Səmədin mehriban, vəfalı, gözəl həyat yoldaşı var. Mən bir az tənbəl adamam. Proqramlara getməyi, el məclislərində iştirak etməyi  Səməd təşkil edirdi. Bu işlərlə o məğul olurdu.  
Səmədin yoxluğu ilə barışmaq çətindir. İradə xanımla danışıram, dərdimizi bölürük. Artıq doğmalaşmışıq. 
Mən Səmədi unuda bilmərəm axı. O mənə çörək qazanmaqda vasitəçi olub.  Yaradıcılığımda rolu böyükdür”.

Əntiqə