adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
03 May 2018 17:17
26375
MARAQLI

Məşhur serialın çəkildiyi faciəli ərazi: “Ufak-tefek” dəhşətlər

Son zamanlarda reytinqləri zəbt edən, saysız-hesabsız tamaşaçınıekran başına yığan "Ufak-tefek cinayətlər” serialı ilə bağlı maraqlı faktlarortaya çıxıb. Serialın çəkildiyi yer həqiqətən də "Sarmaşıq” məhəlləsidir. Bulüks məhəllədə hadisələr elə reallıqda da sarmaşıq kimi dolaşıb. Bu da istər-istəməzsual yaradır: serial üçün bu məhəllə bilərəkdənmi seçilib?

Öncə bu məhəllənin lüks tərəflərindən xəbər verək: süni göllər,kanallar, qolf sahələri, klublar, ticarət mərkəzləri, özəl klinikalar, kolleclər,dəyəri milyonlarla ölçülən villaların olduğu "Sarmaşıq” məhəlləsi "KemerContry” yaşayış məskəninin bir hissəsidir. 1200 hektarlıq ərazi 1986-cı ildə işadamı Əsəd Edin tərəfindən salınıb və həmin dövrdən bəri məşhir aktyorların, zənginlərinsevimli məkanına çevrilib.


 Bu gün də tanınmışlardan Çağatay Ulusoy, Funda Arar,Hülya Avşar və başqalarının həmin ərazidə evləri var. Və günümüzdə də ən məşhurpartilər serialdan da göründüyü kimi həmin hovuzbaşında (Mərvə və SərhanAksakların evi) baş tutur. Amma şıqlıq, göstəriş, lüks yaşantı işin görünən tərəfidir.Orda yaşayanlar ərazinin əslində lənətlik olduğunu bilirlər. Belə ki, yaşayış məskənisalınandan bir müddət sonra ölkədə devalvasiya baş verir və iş adamı böyükziyana düşür. Üstəlik tikilməkdə olan villaların sahibləri pullarını geri istəyirvə 50-60 milyon dollar borca düşən Əsəd Edinin evinə haciz gəlir. Bu sırada işadamının həyat yoldaşı Mehparə Edin xərçəng xəstəliyinə tutulur və ailənindüşdüyü vəziyyət və pulsuzluqdan qadının müalicəsi uğurlu olmur, tezliklədünyasını dəyişir. Həyatı kabusa dönən Əsəd 7, 12, 14 yaşlı üç uşağını götürübdağlarda dincəlmək üçün düşərgə qurur. Həm də əvvəlki kimi zəngin istirahətəimkanı olmadığından bu üsulu seçir. Amma elə ilk gecə dəhşətli faciənin qurbanıolurlar. Belə ki, mənzərəli olsun deyə düşərgəni dərədə, çay kənarındaqurublarmış. Gecəykən sel gəlib, ata və üç uşağı azğın sular qoynuna alıb. Selhəddən artıq palçıqlı olduğundan günlərcə onları tapa bilməyiblər. İş adamıMustafa Koç öz helikopterini də göndərərək axtarışları dayandırmaq istəyənqrupa dəstək olur. Tezliklə ata və uşaqların meyitləri tapılır.

Çoxları iş adamının depresiyaya düşərək uşaqları ilə birlikdə intiharetdiyini düşünür. Amma bu, sadəcə ehtimaldır. Başqa bir məqam da var. Həmin məhəlləyəgedən bütün çəkiliş qrupu və jurnalistlər etiraf edir ki, bir müddət sonrabaşlarına nəsə xoşagəlməz hadisə gəlir. Maraqlıdır ki, bu hadisələr yalnız əraziyəsonradan daxil olanların başına gəlir. Sanki Sarmaşıq öz qaranlıq "kök”ləriniyad gözlərdən və dillərdən qoruyur.

Yeri gəlmişkən, ərazinin qaranlığı hələ də insanları qorxuda bilməyib.Yenə də dəb və trend məkan şöhrəti insanları qorxunc faciəyə göz yummağa vadar edir.Deyilənə görə serialın populyarlıq qazanmasından sonra "Kemer Contry”də evlərikiqat bahalaşıb.

Şəfiqə ŞƏFA