Məşhur Amerika musiqi qrupu Xaçmazda konsert verib
Bu gün Amerika Birləşmiş Ştatlarının (ABŞ) məşhur "Meri Mak Brayd” musiqi qrupu Xaçmazda konsert proqramı ilə çıxış edib.
Adalet.az-ın məlumatına görə, qrupun Azərbaycana səfəri ABŞ Dövlət Departamentinin "Mədəniyyət elçiləri” proqramı çərçivəsində həyata keçirilir. Qrup ölkəmizdə ikinci dəfədir ki, çıxış edir. Proqramın məqsədi amerikalılar və azərbaycanlılar arasında mədəniyyətlərarası anlaşmanı və dostluğu təbliğ etməkdir.
Xaçmaz şəhərindəki Fəvvarələr bağında təşkil olunmuş konsert proqramı rayon sakinləri, xüsusilə gənclər tərəfindən maraqla qarşılanıb. Qrup konsertdə ən çox sevilən mahnılarını ifa edib.
"Meri Mak Brayd” qrupu Xaçmazdan sonra, Qusar, Quba, Bakı, Salyan, Lənkəran və Naxçıvanda konsertlər verəcək və yerli musiqiçilər üçün ustad dərsləri təşkil edəcək.
Digər Xəbərlər
01 May 2024 11:14
Bakı Xoreoqrafiya Akademiyası buraxılış-hesabat konserti keçirib
01 May 2024 11:12Aktrisa: “Dedilər ki, teatr aktyoru olma”
29 Aprel 2024 14:57İstanbul Su Yolu üzərində memarlıq möcüzələri: İkonik Boğaziçi malikanələrini kəşf edin!
29 Aprel 2024 12:31Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçiriləcək
29 Aprel 2024 11:52