adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
24 May 2018 14:28
34505
ƏDƏBİYYAT

Məşhur aktyor öz qızı ilə evlənib

Həyatımızın bir hissəsinə və ailəmizin üzvünə çevrilmiş seriallaraolan tələbatı hazırda əsasən Türkiyə ödəyir. Hipermilli vətəndaşlarımız yerliseriallara üstünlük versələr də, onlar da qardaş ölkənin istehsalından yankeçmirlər. Amma bir zamanlar Latın Amerikasının vazkeçilməz serialları vardıha... Onların yerini doldurmağa çalışsaq da etiraf edək ki, o seriallar birbaşqa aləm idi. İndi onları izləyə bilmirik, çünki milliçilik dərdi bu sahədə dəözünə yer eləyib. Halbuki Braziliya və digər Cənubi Amerika ölkələri bu gün dədünyəvi seriallar çəkməklə məşğuldur. Sadəcə həmin serialları alıb yayınlamaqbizim telekanalların marağında deyil.

Kəsəsi, həmin serialların içində bütün dünyanı gəzmiş biri vardı – "Klon”serialı. Fərqli mövzusu, iki ayrı milləti və adət-ənənəni bir toplumda birləşdirməkqabiliyyəti bu serialı bütün sivil ölkələrin sevimlisinə çevirmişdi. Hələ qəhrəmanları...Hadi (əslində Jade. Bizim dublyaj onu nədənsə "Hadi” olaraq təqdim etmişdi) sayəsindənə qədər qız hicaba keçdi. İslam təəssübkeşlərinin illərdir edə bilmədiyini biraktrisa bacarmışdı. Onun makiyajı, akssessuarları da uzun zaman vizajistlərə,stilistlərə çörək verdi. Bəs maraqlıdır, serialın baş qəhrəmanlarının sonrakıtaleyi necə oldu? "Klon”un baş qəhrəmanı Lukas (həmçinin Dieqo və Leo) elə özreal həyatını da serialdakı kimi qarmaqarışıq edib. Əsl adı Murillu Benisu olanaktyor öz tərəf müqabili ilə evlənib, yəni Hadi ilə (Covanna Antonelli).Dördillik nikahdan cütlüyün bir oğlu da var. Sonra ara qarışıb, məzhəb itib.Çox ağrılı ayrılıqdan sonra Murillu bu dəfə serialın digər qəhrəmanına üztutub. Serialda onun qızını oynayan, özündən təxminən 20 yaş cavan olan Debora Falabellailə (serialda Mell). Aktrisa "ata”sından fərqli olaraq hələ də seriallardaaktiv çəkilir. Digər adlarını çəkdiyim aktyorlar artıq az tələb olunanlarsiyahısındadırlar. Debora isə Braziliyanın sevimlisinə 2012-ci ildə çəkilmiş"Braziliyanın xiyabanları” adlı serialından sonra çevrilib. 2019-cu ildə isəaktrisanın baş qəhrəmanı olduğu növbəti serialı ekrana çıxacaq. Təəssüf ki, bizbaxa bilməyəcəyik...

Şəfiqə ŞƏFA