28 May 2025 11:31
303
KRİMİNAL

Meşədə narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu

Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 55 yaşlı Hidayət Zaidov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Adalet.az-a verilən məlumata görə, onun yaşadığı evin həyətində və rayonun Qılqılov kəndindəki meşəlik ərazidə xüsusi qulluq göstərərək yetişdirdiyi ümumilikdə 321 ədəd çətənə bitkisi, əlavə olaraq 1 ədəd qanunsuz saxladığı "İJ" markalı ov tüfəngi aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.