Azərbaycanın stolüstü tennisçiləri Daşkənddə medal qazandılar

Azərbaycanın stolüstü tennisçiləri Onur Quluzadə ilə Yağmur Məmmədli Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "WTT Youth Contender" turnirində fəxri kürsüyə qalxıblar.
Adalet.az Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, milli üzvləri qarışıq-qoşa yarışında bürünc medal qazanıblar.
Qeyd edək ki, mayın 28-də start götürən yarışa mayın 31-də yekun vurulacaq.