adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
26 Mart 2019 14:56
4933
HADİSƏ

“Mercedes” yol ayrıcına çırpıldı, sərnişin öldü

Martın 25-də saat 5 radələrində Yasamal rayonunun Moskva prospektində Quba rayon sakini V.Rüstəmov idarə etdiyi "Mercedes” markalı avtomobili yol ayrıcısına vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az -a verilən məlumata görə, nəticədə avtomobildəki sərnişinlərdən Hacıqabul rayon sakini Xəyyam Məmmədov xəstəxanaya aparılarkən yolda ölüb, özü və digər iki sərnişini xəstəxanaya yerləşdirilib. Yasamal RPİ tərəfindən araşdırma aparılır.