"Məqsəd maksimum nəticə olacaq" - Qurbanovdan PSJ və "Nyukasl"la bağlı açıqlama
Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanmaqla Azərbaycan futbolu üçün çox önəmli uğura imza atdıq.
Adalet.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.
Mütəxəssis bu uğura nail olmaq üçün çox əziyyət çəkdiklərini söyləyib: “İkinci dəfə idi turnirin əsas mərhələsində çıxış edirdik. Bu il oyunların sayı daha çox oldu. Yaxşı nəticələr əldə edildi. Bu, futbolumuz üçün vacib idi. Xalqımızı təbrik edirəm”.
O, növbəti raunddakı potensial rəqibləri - “Nyukasl” və PSJ barədə də fikirlərini bölüşüb: “Əsas məqsəd maksimum nəticə göstərmək olacaq və bütün klublar bunun üçün çalışacaq. Bu mərhələdə heç bir rəqibi bir-birindən ayırmaq olmaz. Bəlkə bu gün PSJ daha çətin rəqib hesab edilə bilər. Amma İngiltərə klublarının da göstərdiyi oyun hamıya bəllidir. Onların gücünü bilirik. Daha yaxşı idman formasında olan komanda yüksək nəticə əldə edəcək”.
Qeyd edək ki, “Qarabağ” liqa mərhələsinin son turunda İngiltərədə “Liverpul”a 0:6 hesabı ilə uduzub. Böyükhesablı məğlubiyyətə baxmayaraq, turnir cədvəlini 10 xalla 22-ci pillədə başa vuran “Qarabağ” növbəti raunda vəsiqə qazanıb. Bununla da “köhlən atlar” Çempionlar Liqasında pley-off mərhələsinə yüksələn ilk Azərbaycan klubu olub.
Digər Xəbərlər
05 Aprel 2026 17:31
Yeniyetmə cüdoçularımız Avropa Kubokunda 24 medal qazandılar
05 Aprel 2026 16:03
"Liverpul"dan 12 ildən sonra antirekord
05 Aprel 2026 09:10
"Atletiko Madrid" meydanda "Barselona" ilə bacarmadı
04 Aprel 2026 15:09
Azərbaycanlı deputat Türkiyədə ağır zədə aldı - VİDEO
03 Aprel 2026 12:45
"Ən böyük arzum odur ki, Azərbaycan millisi dünya çempionatının finalına çıxsın" - AFFA prezidenti
03 Aprel 2026 12:15
AQTA idman qidalarının istehlakı ilə bağlı xəbərdarlıq edir
03 Aprel 2026 12:08
İnzibati işçilərə ən çox maaş ödəyən Azərbaycan klubu
03 Aprel 2026 12:01


Bakı -°C

