Mənzurə Musayeva sirkə içib, xəstəxanalıq oldu

Müğənni Mənzurə Musayevanın səhhətində problem yaranıb.
Adalet.az xəbər verir ki, sənətçi bu haqda "Rəngarəng" proqramında danışıb. O bildirib ki, arıqlamaq üçün kivi sirkəsi içib və halı pisləşib:
"Yemək yemədim. Kivi sirkəsini suya töküb içdim. Gördüm ki, narahatam, başım gicəllənir, pisəm. Həkimlərə getdim, müayinələrdən keçdim. Bütün analizləri verdim. Amma təkcə qan analizi vermək lazım imiş. Birdəfəlik qanı ver, gör, nə var. Sən demə, qanımda 5 vitamin yuyulub gedib. Kivi sirkəsi çox arıqladır, amma problem yaradır".


Bakı -°C 














