“Mənimlə gedə bilməyən adamlar olub”

Yeni rubrika: Dostunu göstər…
Ammadünya nə qədər fani olsa da, bu qırdı-qaçdı zəmanəsində biz dostluğa və dostlarainanırıq. Ona görə də üz tuturuq Füzuli kimi «dostları bipərva» olmayan məşhurlara.
«Dostunugöstər…» rubrikasının bugünki qonağı filologiya elmlər namizədi Vurğun Əyyubdur.
Qonağımız haqqında qısa məlumat:
Vurğun Əyyub 1957-ci ildəTovuz rayonunun Aşağı Quşçu kəndində doğulub.
-Vurğunbəy, dostluğa inanırsınızmı? Ümumiyyətlə, dost sizin üçün nə deməkdir?
-Dostluğa inanmamaq üçün bir səbəb görmürəm.Qan və süd qohumluğu olmayan insanlar üçün dostluq ünsiyyətin ən ucamərtəbəsidir. Amma bu o demək deyil ki, qohumlar arasında dostluq olmur. Dostluq həttainsanlarla heyvanlar, heyvanlarla heyvanlar arasında da müşahidə olunur.Heyvanlarda bu instinktə, insanlarda daha çox ağıla əsaslanır. Yəni dostluqinsana doğuluşundan bəxş olunmur, irsən keçmir. İnsan dostunu ağıl vasitəsilədərk edir, seçir, onu qazanır. Dostluq, dost haqqında bir çox qiymətli, müdriksözlər deyilib. Onları təkrarlamaq istəmirəm. Dost anlayışını hədsizmücərrədləşdirməyə də gərək yoxdur. Xarakter, düşüncə, dəyərlər yaxınlığı olaninsanları dost saymaq olar. Burada hər hansı resept və ya şablon insana dostseçməkdə kömək edə bilməz.
Amma dostluq da çeşidlidir. Biri var fizikiolaraq tanıdığın, daima görüşdüyün, oturub durduğun, birbaşa ünsiyyətdə olduğundostlar. Bir də var ruhən dost olduqların. Fikrini, dəyərlərini qəbuletdiyin insanlar! Ruhən dost saydıqlarımız bu gün yaşamasalar da, yaxud bizdənçox uzaqlarda yaşasalar da, şəxsi tanışlığımız olmasa da, onları dost hesabedirik. Bunlara böyük fikir adamları, ədəbi və real qəhrəmanlar, mübarizinsanlar daxildir.
-Birmahnıda deyildiyi kimi, «…dost ya bir olar, ya iki» bu fikri qəbul edirsinizmi?
-Molla Cüməyə aid olan "Dost mehriban ya birolar, ya iki” sözü nə qədər gözəlsəslənsə də, onu ehkama çevirmək olmaz. Burada say əsas deyil. İnsanın dostu Molla Cümənin dediyindən daha çoxda ola bilər, heç olmaya da bilər.
-Dostdar gündə bilinər! Belə bir gününüz olubmu və o dost bilinibmi?
-Dostoyevski deyib ki, dost, yıxılanda yanında olan deyil,qalxmaq üçün əl uzadandır. Dost həm dar gündə, həm dəxoş gündə bəlli olur. Sadəcə olaraq, görünür insan dara düşəndə dostlarını dahaçox axtarır və ona görə də bu atalar sözü yaranıb. Ancaq həyat onu da göstərirki, dost pis gündə də, yaxşı gündə də dostunun yanında olmağı bacarır. Hər birinsanın həyatında pis də, yaxşı günlər də olur. Hər iki halda dostlarım yanımdaolub.
-Sizi yarıyolda qoyan dostunuz olubmu?
-"Yarı yolda qoymaq” ifadəsi bir az çox kəskinsəslənir. Yolu sona qədər mənimlə gedə bilməyən, yaxud mənim sona qədər gedəbilmədiyim adamlar olub.
-Bəssiz necə, dostunuzu yarı yolda qoymusuzmu?
-Heç kəsi yarı yolda qoymamışam, amma dostluqyolunu sona qədər getmək istəmədiyim adamlar olub.
-Dostluqdaən çox hansı keyfiyyətə üstünlük verirsiz?
-Doğruluq, dəyərlərə sadiqlik vəsabitqədəmliyə.
-VaqifBayatlı deyir:
Evimizindivarındakı çatlar
Çat verəndostları
Sıranızadüzə-düzə,
Nə qədərgünahları vardı,
Bağışladımsizə!
Çat verəndostlarınız olubmu və Siz də Vaqif Bayatlı kimi onların günahlarını bağışlamısınzmı?
-Nəsirəddin Tusi demişkən: Eyibsiz dostaxtaran axırda dostsuz qalar. Bizim hər birimizin özümüzə görə eyiblərimiz var.Dostluq etmək istəyirsənsə, müəyyən qüsurları bağışlamağı da bacarmalısan. Amma mənim üçünelə dəyərlər var ki, onları tapdalayan adamları bağışlamıram. Düzünü desəm,başqalarına asanlıqla bağışladığım səhvləri, günahları dost hesab etdikləriməbağışlaya bilmirəm. Dostluqda tələbkar və prinsipialam.
-VahidƏziz deyir:
Dostkimi sonradan tapdıqlarımı,
Sonradantanıyıb dost kimi atdım.
Sizində sonradan tanıyıb atdıqlarınız olubmu?
-Həyatda da bütünkainatda olduğu kimi yaxşı-pis, xeyir-şər, yalan-doğru, sədaqət-etibarsızlıqyanaşıdır, bəzi hallarda isə iç-içədir. Bunlardan yalnız birini əzəli və əbədihesab etmək, yalnız birinin həyatımızda mövcud olduğunu düşünmək insanı daxilənsarsıdar, sonsuz əzablara sürükləyər. Bunun klassik nümunələrini Vaqifin"Görmədim”, S. Mənsurun "Rəngidir” müxəmməslərində görə bilərik. İnsan həyatıbaşdan sona qədər təcrübədir. İnsan övladı bütün həyatı boyu nələrisə qazanır,nələrisə itirir. Belə bir söz də var: dost dəniz qırağındakı daşlara bənzəyir,öncə bir-bir toplayırsan, sonra tək-tək dənizə atırsan. Amma bəziləri varatmağa qıymırsan. Bu sözdən çıxış etsək,mənim də atdıqlarım olub, amma qıymadıqlarım daha çoxdur. İtirdiklərimin sayı oqədər də çox olmayıb. İtirdiklərimin bəzilərini ağrı ilə qarşılamışam,bəzilərindən isə vaxtında ayrıldığıma görə sevinmişəm. Ümumən desək, insanınqazandıqları itirdiklərindən çoxdur. Əgər əksinədirsə,deməli, o insan həyatını düz yaşamayıb.
-Bizdeyirik: «Dostunu göstər, sənin kim olduğunu deyim». Almanlar isə bunun tam əksini deyir: «Düşmənini göstər, sənin kimolduğunu deyim». Almanların deyimi ilə nə qədərrazılaşırsız?
-Əslində hər iki fikirdə həqiqətdən pay var.Amma heç biri həqiqəti tam əks etdirmir. Ümumən, mən atalar sözlərinin ehkamaçevrilməsini qəbul etmirəm. Bu sözlərin çoxu vəziyyətdən, mühitdən, fərditəcrübədən doğan, deyilən sözlərdir. Həyatı bütün mürəkkəbliyi, əlvan çalarlarıilə ifadə edə bilmir. Ona görə də dostun yaxşı olmağı sənin də yaxşı, dostunpis olması sənin də pis olmağın anlamına gələ bilməz. Çünki burada insanındost, ya düşmən seçərkən səhv etməkehtimalı unudulub.
-Dustbipərva, fələk birəhm, dövran bisükun,
Dərdiçox, həmdərdi yox, düşmən qəvi, tale zəbun!
Füzulininbu məşhur beytini xatırladığınız vaxtlar olurmu?
-Bu misraları tez-tez xatırlamalı oluram. Füzuliyətez-tez müraciət edirəm, Çünki onu tədris edirəm. Şəxsiağrılarımı ifadə etmək üçün xatırlamağım yadıma gəlmir.
-Və nəhayət,dostunuzu göstərə bilərsinizmi?
-Dostlarımın sayı çoxdur. Hamısını bir-birsadalamağa ehtiyac yoxdur.
Digər Xəbərlər

Qəzetlər niyə bütün dünyada oxunur, Azərbaycanda yox - Hamar Quluzadə yazır

Dünənin “dəmir topuğu”, bu günün “dəmir yumruğu”- Nurcan İsmayılova yazır

“Sevgi və Eşqin Əfsanə İsmi: Yunus Əmrə”

ŞİKAYƏTNAMƏ BİR QƏZETİN TALEYİ

Bəxtiyar Vahabzadə yaradıcılığına Vaqif Aslan prizmasından baxış

Mübarək məkana ünvanıq: Tanrı duasında, arzu dəryasında...

YUBİLYAR İLHAMƏ MƏHƏMMƏDQIZININ YENİ KİTABI TƏQDİM EDİLDİ
