“Mənim onsuz sadəcə ruhum gəzir...”- Gülü Rəmişsiz ötən illərdən danışdı...
“Mən Rəmişsiz yaşamıram, sadəcə ruhum gəzir. Ad günündə məzarını ziyarət elədim. Həmişəki kimi dərdləşdim”
Bunu Adalet.az-a açıqlamasında Rafiq Hüseynovun (Rəmiş) xanımı Güllü Hüseynova deyib. Güllü xanım Rəmişsiz ötən üç ilin çox çətin olduğunu bildirib:
“Diqqətiniz üçün təşəkkür edirəm. Sağ olun ki, bizi yaddan çıxarmırsınız, Rəmişi xatırlayırsınız. Dünən Rəmişin ad günü idi, məzarını ziyarət etdim, dərdləşdim. Mən onsuz yaşamıram, sadəcə ruhum gəzir. Ancaq onun evdəki əşyalarıyla təsəlli tapıram. Başqa nəylə təsəlli tapacam ki, övlad yox, başqa bir şey yox. Nə qədər ki, Azərbaycanın vətənpərvər övladları var Rəmiş heç vaxt unudulmayacaq. Allah hamınızdan razı olsun”-deyə Gülü xanım bildirib.
Qeyd edək ki, Rafiq Hüseynov 13 noyabr 1944-cü ildə Ağdamın Gülablı kəndində anadan olub. Rəmiş gitarayla yanaşı, tar, piano, qarmon, zərb və ud çalğı alətlərinin də peşəkar ifaçısı olub. O, 2021-ci il aprelin 5-də müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Sənətkar Qurd qapısı qəbiristanlığında dəfn edilib.
Vasif Əlihüseyn
Digər Xəbərlər
28 Mart 2026 10:21
İlham Əliyev onları təbrik etdi
19 Mart 2026 15:09
“Bizə intellektual verilişlər lazımdır ki, ideoloji təbliğat aparaq...”
18 Mart 2026 11:29
"Bu il daha 8 min müəllim attestasiya prosesinə cəlb olunacaq" - Nazir
16 Mart 2026 16:25


Bakı -°C

