adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
08 Noyabr 2018 11:35
47609
LAYİHƏ

Məni xoşbəxt görmək istəyənlər bədbəxt edir - Azərbaycanlı qadının hekayəsi


"Ədalət”qəzeti "Azərbaycanlı qadının hekayəsi” adlı yeni layihəyə start verib. Bulayihədə qadınlar öz dərdlərini, yaşadıqları çətinlikləri yazıb bizə göndərəcək.Hazırda çoxsaylı məktublar almışıq.

Adalet.az"Azərbaycanlı qadının hekayəsi” layihəsindən növbəti yazını təqdim edir.

Digər bütün günlərim kimi olduqca sıradan bir günündaha sonu...

Normalda insanlar onlar üçün əhəmiyyəti olan, digərlərindənfərqlənən günlərini qeyd edib o gün üçün hislərini paylaşmalarını nəzərəalarsaq sıradan dediyim halda 11.05.2016 tarixini vurğulayır olmağım normalqarşılanmaz hər halda.

Yeri gəlmişkən yaşadığım mühütdə normal biri olaraqtanındığımıda deyə bilmərəm.

Doğrusu bu əvvələr məni güldürürdü, amma sonzamanlar daha çox düşündürür. Nə qədər başqalarının təsiri altına asanlıqla düşəcəkbiri olmasam da bu aralar özümdən şüphə etmir deyiləm.

Nə də olsa çoxluğun normal deyə qarşıladığı şeylərmənə görə normal deyil, mənim də normal deyə düşündüklərim onlara görə normal deyil. İnsan nə qədər özdüşüncələrindən əmin olsa da hardasa bəlkə haqlıdılar, sehv olan mənəm deyəkeçirməyə bilmir ağlından. Bundan əlavə, hər zaman hadisələrə başqalarınıngözündən də baxan biri olmağa çalışmışam, nə də olsa hər kəs özünə görəhaqlıdır.

Bu gün də o günlərdən biri idi. Qonsumuzda ağbirçəkbir xalanın məsləhətlərini, həyat təcrübəsini nəzərə alaraq həyatımı, qərarlarımıyenidən götür-qoy etməyə çalışdım.

Və demək olar, məni tanıyan hərkəsin ortaq "dərdi"məni evləndirmək çabaları haqqında fikirləşdim.

Onları daha yaxşı başa düşə bilmək üçün düşüncələriniqruplara ayırdım:

- Haqlı olduqları.

- Haqlı ola biləcəkləri.

- Haqlı olmadıqları.

Hadisələrə onların gözündən baxmağa çalışacağımüçün özümə haqsızlıq edib, haqsız olduqlarından əmin olduğum düşüncələrin beləhaqlı və ya haqlı ola biləcəkləri sıralamasına daxil etməyə çalışdım.

Onlara görə bir insanın xoşbəxt ola bilməyi üçünatmalı ən önəmli addımı, xoşbəxtliyin təməlini, həyatın mənasını, qısacasıevliliyi haqlı olduqları sıralamasında böyük və qırmızı hərflərlə "BƏLİ, EVLƏNMƏLİYƏM” deyə əlavə etdim. Və sonra bufikri daha yaxşı mənimsəyib onlara daha çox haqq qazandıra bilmek üçün ən az 10dəfə içimdən "bəli, evlənməliyəm” deyə tekrar etdim...

Və nəticə: onlarla həmfikir oldum.

Bəli, zamanı gəldiyində insan evlənməlidir, həyatını,qərarlarını, sevinclərini, kədərlərini, sahib olduqlarını bölüşəcək biriylədavam etməlidir həyatına...

Yalnız olmazmı bunlar ?

Olar, əlbəttə…

Tək başına qərarlar da verər, sevinə də bilər, kədərləndiyivaxtlar özünü təsəlli edib öhdəsindən gələ də bilər insane. Amma heç kim inkaretməz ki, qərarlar doğru insanla müzakirə olunduğunda daha düzgün olur.

Sevinclər paylaşıldığında daha da çoxalır.

Kədər bölüşüldüyündə daha da azalır və onlara qarşıdayanma gücü verir. Həyat doğru insanla daha yaşanılabiləcək bir hal alır.

Çoxuna görə evliliyə qarşı biri olaraq tanınsam da heçvaxt elə olmamışam. Mənim qarşı olduğum "evlənmiş olmaq üçün evlənmək"olduğunu çox istəsəm də çoxlarına izah edə bilməmişəm.

Mən başqaları mənə "evdə qalıb” deməsin deyə, toyda mənigörüb bəyənən İdris dayının oğluyla ya da "evlənmə yaşı" gəlmişGülnarə xalanın nəvəsiylə, bibisinin məni məsləhət görməsi üzərinə evlənə bilməyəcəyimiizah etməyə çalışdıqca, onlar mənə "evlən öyrəşəcəysən, zamanla sevəcəysən,bax Günel də getmirdi, indi deyir, dünyaya 10 dəfə gəlsəm yenə Fəzailə gedərəm” cavablarını veriblər. Artıq əmin deyiləm, mənözümü izah edə bilmək üçün əlimdən gələni etmirdimmi, yoxsa onlar məni başadüşməmək üçün əllərindən gələnimi edir.

Hər nə isə..

Bildiyim tək bir şey var: məni onlar kimi düşünməyəvadar edə bilməsələr də məni yaşından daha yorğun, daha səssiz, daha sevincsizhala gətirməyə nail ola biliblər.

Artiq "niyə evlənmirsən?” suallarına susmaqdan və nəzakətxatirinə gülümsəməkdən başqa verəcək cavabım qalmayıb. Nə qədər içimdən "bəsdirinmənim həyatım, mənim qərarlarım" deyə qışqırmaq gəlsə də, onsuz daduymayacaqlarını bildiyim üçün səsimi içimdə boğuram.

Məni, məni xoşbəxt görmək istəyənlər bədbəxt edir ..

Daha bir bədbəxt günümün memarlarına təşəkkürlər...

11.05.2016

Bugün motivasiya məqsədli yazılmış bir mətn oxudum. Mətndə"Həyatınıza, sahib olduqlarınıza nəzər saldınızmı heç ? Düşündünüzmü sahib olduğunuz şeylər üçünşanslımısınız?" deyə verilən suallardan sonra 26 ildir öz həyatımı heçsorğulamadan yaşadığım həqiqətiylə qarşı-qarşıya qaldım və çox gec olsa da"şanslıyammı?" sualını verdim özümə. Nəticə: yeni bir sual çıxdıortaya. "Şans nədir mənə görə?"- bu sualla baş-başa qaldım.

Ailələrimiz…

Bizim təməlimiz, insan olaraq formalaşmağımızınmemarları…

…Bəli, şanslı olmaq usta bir memara sahib olmaqdır, təməlisevgiylə, mərhəmətlə atılmaqdır.

Şanslı olmaq ətrafınıda ən az özün qədər sevməliolduğunu sənə öyrədə bilən böyüklərə sahib ola bilməkdir.

Şanslı olmaq sənin yerinə seçimlər edən deyil, sənidüzgün seçimlərə yönləndirən bir ailəyə sahib ola bilməkdir.

"Yaxşı bəs gəldiyin nəticə nədir? Şanslısanmı?” deyəsoruşsanız dürüstlükdən uzaq olub "əmin deyiləm” cavabın verərəm.

Bu gün şəxsiyyətimizdə qüsurlar varsa, bu düzgünyetişdirilmədiyimiz üçündür. Və bizi düzgün yetişdirə bilməyiblərsə bunun səbəbidə düzgün yetişdirilməmiş olmaqlarıdır. Əslində daha gözəl bir gələcək üçün,daha düşüncəli bir toplum üçün etməli olduqlarımız o qədər də çətin deyil.

Məsələn, kiçik yaşda oğlan uşaqlarına oyuncaq maşınalıb onlara maşın sevgisi aşılamaqdansa, ən pisi oyuncaq silah alıb yanlış maraqlarasövq etməkdənsə, qız uşaqlarına gəlincik alıb onları vaxtından öncə qadınlığa(analığa) meyilləndirməkdənsə, kitab almaqla, ev heyvanları almaqla başla yabilərik.

Qeyd: "Şanslısanmı?sualına tərəddüdsüz "şanslıyam" cavabın verə biləcək gələcək nəsillərarzusuyla…

ƏliyevaAliyə