adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
16 Aprel 2020 16:55
48197
LAYİHƏ

"MƏNƏ İRANDA ŞİRİN OĞLU MƏHƏMMƏD, QARABAĞDA QAZANPAPAQ MƏHƏMMƏD DEYƏRLƏR..."

(əvvəli ötən sayımızda)

Yevlax dəmir yolu vağzalında vəQarxun kəndində M.Ə.Rəsulzadənin və Nurupaşanın rəhbərliyi ilə təntənəli yığıncaq keçirilir. Dəmir yolu vağzalında Nurupaşa ətraflı çıxışının sonunda türk qövminə məqsədli şəkildə yönlənən buişğalın qarşısını almaq üçün camaatı səfərbər etməyi, könüllülərin sayınıartırmağı, əlavə ordu qüvvələri gələnə qədər duruş gətirməyi, ən başlıcası,Kürün körpüsünü nəyin bahasına olursa-olsun, əldən verməməyi ciddi tövsiyə edirvə çıxışını "Biz bura dönməyə yox,ölməyə gəlmişik. Qələbə bizimlə olacaq!" sözləri ilə tamamlayır.

Bu yığıncaqda Qazanpapaq Məhəmməddə iştirak edirdi. O, bəylərin, dəstəbaşıların oturduğu yerdən əlini qaldırıbsöz alır:

- Mən sizinlə razıyam. Öz dəstəmlə115-ə yaxın adamla Bərdə, Ağdam, Tərtər ərazisində bu işləri öz üzərimə götürürəm...

Nuru paşa çönüb yanında əyləşənQarxunlu Əşrəf bəyə:

- Yaman ötkəm danışır - deyib,onun kimliyi ilə maraqlanır.

- Qazanpapaq Məhəmməddir, özü dəçox mərddir...

Qazanpapaq Məhəmməd danışdıqca,Nuru paşa başını asta-asta yelləyib məmnunluğunu bildirəndə Qazanpapaq Məhəmməd:

- İcazənizlə iclasdan sonra, bubarədə sizə öz təkliflərimi daha ətraflı bildirərəm.

İclasdan sonrakı görüşdəQazanpapaq Məhəmməd söz verir ki, əlavə yerli qüvvə toplamaqla Bərdədən Laçınaqədər ərazidə ermənilərə qarşı necə lazımdır vuruşacaq. Belə də oldu,Qazanpapaq Məhəmməd türk qoşunlarının tərkibində gecəli-gündüzlü Qarabağın kəndlərindədaşnak silahlı birləşmələrinə qarşı vuruşdu.Azərbaycan Xalq Cümhuriyyəti zamanında da Gəncə Müsəlman Komitəsinin Bərdəkönüllü özünümüdafiə bölüyünün komandiri kimi erməni terroruna və bolşevik təbliğatınaqarşı mübarizəsini davam etdirdi.

1920-ci ilin aprelində AzərbaycanXI Ordu tərəfindən işğal ediləndə ermənilər daha da fəallaşdılar. Bir yandan daHərbi İnqilab Komitəsi yeni quruluşu qəbul etməyən müsavatçıları, millətçilərivə qaçaqları axtarırdılar. Bu vaxt Bərdədə otryad komandiri olan İsgəndərQarabağiyə çuğul xəbər verir ki, QazanpapaqMəhəmməd Əyricədə dostu Qulunun evindədir. O da tez atlanıb bir neçə nəfərləgedir Qazanpapaq Məhəmmədi tutub Bərdəyə gətirsin. Evi mühasirəyə alandaQazanpapaq Məhəmməd çay süfrəsi arxasında əyləşmişdi. Səsə bütün kənd Qulununevinin qabağına yığılır. İsgəndər Qarabaği də küçədə camaatın arasında ağayanavar-gəl edirmiş.

Qazanpapaq Məhəmməd səsə-küyəartırmaya çıxanda baxır ki, camaat arasında özünü qəhrəman kimi göstərmək istəyən dəstə rəisi deyir:

- Mən İsgəndər Qarabaği

Axtarıram o Qazanpapağı.

Ətrafındakı kənd sakinlərindənbiri soruşur:

- İsgəndər əmi, neyləyirsənonu?

Dəstə rəisi əlini havada yellədə-yellədədeyir:

- Onun atasını yandırıf, gümüşüdəstəkli naqanını özüm bağlayacam belimə.

Bu zaman Qazanpapaq Məhəmməddurduğu yerdən dillənir:

- İsgəndər əmi, o sözü bir də təkrarelə.

Dəstə rəisi görür ki,Qazanpapaq Məhəmməd gümüşü dəstəkli naqan da əlində, ona çox diqqətlə baxır. Bu dəfə qorxusundan dilitopuq vura-vura deyir:

- Mən İsgəndər Qarabaği

Olmuşam zəmanə qurumsaği.

(Bax; Qarabağ: Folklor da tarixdir", Bakı,2014, səh. 47-48).

Qazanpapaq Məhəmməd yavaş-yavaşona yaxınlaşanda iki dizini yerə qoyaraq imdad diləyən dəstə rəisinin boynu bərabərikitelindən yapışıb ayağa durğuzur. Bir camaata baxır, bir də cücə kimi bürüşəndəstə rəisinə, deyir:

- Bu dəfə səni bu camaatabağışlayıram, amma bir də qabağıma çıxsan...

Bunu görən dəstə üzvləri İsgəndərəmidən qabaq yol alırlar gəldikləri səmtə, dəstə rəisi də onların arxasınca.

Qarabağda yeni quruluşa qarşıardı-arası kəsilməyən kəndli üsyanları və iğtişaşların qarşısını almaq üçünrespublika Xalq Daxili İşlər Komissarı Mir Cəfər Bağırov tez-tez Yevlaxda, Bərdədə,Tərtərdə, bir sözlə günlərlə Qarabağın müxtəlif qaynar nöqtələrində olurdu.Bölgədə hansı rayonda, hansı kənddə olmasından asılı olmayaraq, axşamları çoxgizli şəkildə Ağdamda sayılıb-seçilən Camal bəyin evinə gəlirdi, gecəni buradaqalırdı. Bir dəfə Mir Cəfər Bağırov dostu Camal bəyin evində olanda ağdamlıqaçaqlar onu aradan götürmək qərarına gəlirlər.

Camal bəy çox hörmətli vəxeyirxah adam olduğundan qaçaqlardan biri bu məsələyə yox deyə bilmədiyindənyaxın adamlarından bəyə xəbər çatdırır ki, "Kişini evdənçıxartsınlar".

Camal bəy baxır ki, qonağı təkbaşınaqoruya bilməyəcək. Təcili Bərdəyə Qazanpapaq Məhəmmədin üstünə adam göndərir.O, dostunun sözünü yerə salmır, bir neçə adam götürüb Ağdama gəlir.

Gecədən xeyli keçmiş basqına gələnqaçaqlar mülkün yaxınlığında Qazanpapaq Məhəmmədlə qarşılaşırlar. O, dostuCamal bəyin xahişi ilə gəldiyini söyləyir. Qazanpapaq Məhəmmədi yaxşı tanıyanqaçaqlar münasibətləri gərginləşdirməmək üçün sakitcə geri dönürlər.

***

Bərdə əhalisi XI Qızıl Orduyaqarşı vuruşmağa hazırlaşır bəhanəsi ilə bolşeviklərin axşam şəhərə hücum edib,evləri qarət edəcəklərini, qırğın törədəcəklərini eşidən Qazanpapaq Məhəmməd özdəstəsi ilə günortadan sonra ikibir-üçbir gəlib rayon mərkəzindəki"İmamzadə" məscidində gizlənir. Şər qarışandan sonra Bərdəyə doğru irəliləyənəksəriyyəti ermənilərdən ibarət ordu əsgərlərindən qırdıqlarını qırır, qırabilmədiklərini də Yevlaxa kimi qovurlar.

Sağ qalan əsgərlər bir günsonra Bakıdan gələn əlavə qüvvə ilə Yevlaxda birləşərək təzədən Bərdəyə hücumedirlər. Ordu Bərdəni zəbt edərək, Xankəndi istiqamətində hərəkət edəndə Ləmbərankəndi yaxınlığında ciddi müqavimətə rast gəlir. O vaxt bu kənddə 1000-dən çoxev var idi. Müdafiəni təşkil edən kəndin ağsaqqalı Cəmil bəy (tanınmış dövlət vəictimai xadim Əliş Ləmbərənskinin atası) idi.

Cəmil bəy həkim idi, ali tibb təhsiliniPeterburqda almışdı. Dünyada gedən ictimai-siyasi hadisələrdən və bolşeviklərinriyakarlığından yaxşı xəbərdar idi.

Onun rus məmurları və çar əyanlarıyanında da sözü keçərli idi. Peterburqlu dostlarının köməyi ilə Nikolay hökumətinin Tiflis canişinliyindənicazə alaraq kənddə öz hesabına dördsinifli rus-tatar məktəbi açdırmışdı, məktəbəPeterburqdan təcrübəli rus dili müəllimidə dəvət etmişdi. Müəllimin əməkhaqqını da özü ödəyirdi.

Cəmil bəy Qazanpapaq Məhəmmədləçoxdan dost idi. Əsgərlər nə qədər cəhd etsələr də camaatın müqavimətini qırabilmirlər. Mühasirədə olan ləmbəranlıların inadkarlığından xəbər tutanrespublika xalq daxili işlər komissarı Mir Cəfər Bağırov Bərdəyə gəlir. Bunu eşidən Qazanpapaq MəhəmmədMir Cəfər Bağırovun yaxın dostu, Ağdam rayonunun sayılan mülkədarlarından Camalbəy Mirzəyevə xəbər göndərir ki, məni Mir Cəfər Bağırovla görüşdür, bu məsələniqırğınsız həll edim.

Camal Mirzəyev bir gün sonragörüşü təşkil edir. Qazanpapaq Məhəmməd M.C.Bağırovla görüşüb təklifləriniverir, məsələni konkret həll etmək üçün bir gün vaxt istəyir. Lakin M.C.Bağırovona inanmadığını bildirir və sonda bir şərtlə razılıq verir: "Səninlə üç nəfərhökumət adamı gedəcək - biri sağında, biri solunda, biri də arxada, əgərdediyin kimi olmasa..."

Qazanpapaq Məhəmməd yox deyəbilmir. M.C. Bağırov Məhəmmədin gümüşü dəstəkli naqanını və tüfəngini əlindənalır, öz adamlarını silahlandırır. Beləcə üç nəfərin müşayiəti ilə Qazanpapaq MəhəmmədLəmbəran kəndinə yaxınlaşanda keşikçilər gedib Cəmil bəyə xəbər verirlər.

Cəmil bəy dostunu mehribanlıqlaqarşılayır, tanımadığı"silahdaşlarının" iştirakı ilə xeyli söhbət edir. Axırda sözü də buolur ki, "...mən də bilirəm ruslar güclüdür, amma neyləyək? Bizə zamın duran lazımdır ki, camaatıqırmasınlar."

Qazanpapaq Məhəmməd "silahdaşları" ilə gəlib məsələniolduğu kimi Mir Cəfər Bağırova danışır. Sonda Qazanpapaq Məhəmməd: - Kənd təslimolmağa tam hazırdır, gedə bilərsiniz, amma bir nəfərin də burnu qanamamalıdır -deyəndə, M.C.Bağırov yenə ona inanmır. Günortaya yaxın Qazanpapaq Məhəmmədinkürəyinə silahını dirəyir, Qazanpapaq qabaqda, ardınca əsgərləri Ləmbərana tərəfhərəkət edirlər. "Əgər bizə tərəfbircə dəfə atəş açılsa, səni güllələyəcəm" - deyir. Kəndə sakit və atışmasız girirlər. Mir CəfərBağırov görür ki, Qazanpapaq Məhəmməd söz sahibidir. Eldə-obada da böyük hörmətivar. Onu da öyrənir ki, Qazanpapağın bacısı oğlu, Yevlaxın Salahlı kəndindənolan Qaçaq Alısöyün də adi adam deyil, varlı-karlı mülkədardır. 200 hektardançox torpağı, meşə sahəsi, Kəpəz yaylağında Düzyurd deyilən ərazidə, Gəlinqayasının ətəyində 300 hektar yaylaqyeri, 110 atı, 90 camışı, 800-dən çox qoyunu var. Azərbaycanın birinci şəxsi iləQazanpapaq arasında etibarlı münasibət yaranır.M.C.Bağırov bir neçə gündən sonra Qazanpapaq Məhəmmədi Bərdə, Tərtər, Ağdam, Yevlax, Ağcabədiüzrə Qəza milisinin rəisi təyin edir. Özü də ayda bir dəfə gəlib Qəza mərkəzindəgörüşlər və iclaslar keçirir, bölgədə vəziyyətlə yaxından tanış olur.M.C.Bağırov iclaslarda, yığıncaqlarda həmişə birinci Qazanpapaqla görüşüb, yanında oturdurdu. İclas qurtarandazalın çıxış qapısına doğru gedəndə ehtiram əlaməti olaraq Qazanpapağı gözləyər,onu qabağa buraxar, sonra yoluna davam edirdi.

Qazanpapaq Məhəmmədin nəvəsi,82 yaşlı Əşrəf Muradovun dediyinə görə, babası nənəsi Mina xanımla ayda bir dəfəcamış qatığı, qaymaq, nehrə yağı, qırqovul, turac, kəklik və s. kənd sovqatıhazırlayıb M.C.Bağırovun evinə gedərdi. Beş-on gündən sonra həmin zənbil içindəqənd, çay, şəkər tozu, parça, sabun və s. ilə geri qaytarılardı.

(ardı növbəti sayımızda)

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.