adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
11 Dekabr 2018 12:38
30125
MƏDƏNİYYƏT

Mənə dəli dedilər

Arzusuhüquqşünas olmaq idi. Özü də ucqar rayonların birində vəkil kimi fəaliyyət göstərməkistəyirdi. Üç il ardıcıllıqla konkursa düşdüyündən qəbul ola bilmirdi. İş o yerəçatmışdı ki, artıq universitetə girə bilmədiyi üçün evdə valideyinləri də diləgələrək onu danlayırdılar. Bu sənətə gəlişi isə təsadüfən olub. Ancaq bir müddət sonra özünü bu sənətdən kənardagörə bilməyib. Teatrın qoxusu burnuna dəyər-dəyməz, yaxşı mənada bu virusayoluxub. 63 illik ömrünün 36 ilini məhz sənətə, teatra həsr edib. İstedadı iləbir çox səhnə əsərlərində maraqlı obrazlar qalereyası yaradıb. Sözün əsl mənasındasənətinin fədaisinə çevrilib. Bu sənətdə gözügötürməməzlik, paxıllıq, xəbislikdeyiləcək sənət meyarından uzaq bütün xoşagəlməz hallarla üz-üzə qalıb. Hətta təzyiqlərvə təsirlər o həddə çatıb ki, obrazları əlindən alınıb, rejissorların bir qismionunla işləməkdən imtina edib, haqqında şayiələr gəzib və sonda "dəlidir” deyilərəkələ salınıb. Ancaq idrakı və zehni düşüncəsi bütün bunlara qalib gələ bilib. Sənətyollarında özünü təsdiqləyib. Yaratdığı əsərlərdə hər zaman səhnədə emosionalbir aktrisa olaraq ifadə vasitələrində olan lirizm çalarları onun obrazlarındaoyun tərzinə bir emosional zəriflik bəxş edib. Aktrisa hər an səhnədə dramatikobrazlarla yanaşı, komediya və ya faciə janrında belə oynasa da oyun tərzimaraqla qarşılanmaqla tamaşaçıların sevimlisinə çevrilib Respublikanın əməkdarartisti Rəhilə Məmmədova.

Rəhilə Zahidqızı Məmmədova 1955-ci il dekabr ayının 17-də Qazax rayonunun Yenikənd kəndindəanadan olub. Orta məktəbi 1972-ci ildə elə bu kənddə bitirib. 1972-1975-ci illərərzində Bakı Yüngül Sənaye Fabrikində işləyib. 1975-1978-ci illərdə BakıKitabxanaçılıq Texnikumunun mədəni-maarif şöbəsinin aktyorluq və rejissorluqfakültəsini bitirib. O illəri xatırlayarkən aktrisa deyir: "Mən ümumiyyətləaktrisa olmaq fikrində deyildim. Baxmayaraq ki, orta məktəbdə oxuyarkən bədiiqiraət məndə çox yaxşı idi. Hətta ədəbiyyat müəllimimiz məni sinif-sinif gəzdiribdərsləri şagirdlər qarşısında söylədirdi. Bir gün təsadüfən qəzetlərin birindəoxudum ki, Krupskaya adına Bakı Kitabxanaçılıq Texnikumunun mədəni-maarif şöbəsinəqəbul var. Bu zamanlar mən artıq Bakıda əmimgildə qalmaqla Yüngül SənayeFabrikində çalışırdım. Bu niyyətimi əmimə dedim. O da dedi ki, sən çox savadlısan.Texnikuma girmənə heç razı deyiləm, həm də texnikuma qəbul pulludur, girə bilməyəcəksən.Yenə də böyük sözünə qulaq asdım. Ancaq evdən xəbərsiz sənədlərimi Krupskayaadına Kitabxanaçılıq Texnikumuna verdim".

Bu texnikumdaaktrisa Rəhilə Məmmədovaya Kamal Əzizov dərs deyirdi. Kamal Əzizov həm də GəncTamaşaçılar Teatrında çalışırdı. Gənc Rəhilənin istedad və bacarığını görənKamal Əzizov onu Gənc Tamaşaçılar Teatrına tanışlıq məqsədilə dəvət edir.Aktrisa xatirələrində deyir: "Rəfiqəmlə teatra getdim. Kamal müəllim məniteatrla və baş rejissor Ağakişi Kazımovla tanış etdi. Mustay Kərimin "Odu atma,Prometey!” pyesinin məşqləri gedirdi. Biz məşqə baxdıq. Məşqdən sonra onun niyyətiniöyrənmək istədim. Dedi ki, sadəcə, elə belə dedim bir teatrla tanış olasan. Bugörüşdən iki-üç gün sonra artıq texnikumda dövlət imtahanları idi. Bu vaxtKamal Əzizov mənə yaxınlaşıb dedi ki, səni işə götürürük teatrımızda kütləvi səhnələrdəiştirak etmək üçün".

Texnikumuqırmızı diplomla bitirən Rəhilə Məmmədova bu zaman artıq təyinatını Salyanrayon Mədəniyyət şöbəsinə alır. Ancaq Kamal Əzizovun təkidilə rəhmətlik atasıZahid kişilə birgə Mədəniyyət Nazirliyinə gedib İncəsənət İnstitutuna girməkarzusunu bildirərək bir müddətlik möhlət hüququnu istəməklə yenidən Bakıda qalmalıolur. "Bu minvalla razılaşdıq. Gənc Tamaşaçılar Teatrına işə girdim. Bir müddətkütləvi səhnələrdə, epizodlarda çıxışlar etdim. 1975-1978-ci illər idi. Moskvaqastroluna da getdim. Qayıtdıqdan sonra rəfiqəmlə birgə İncəsənət İnstitutunayenidən qəbul üçün işlərimizi verdik. O zaman teatr sənəti ixtisasından imtahangötürən Azərbaycanın mərhum görkəmli teatr rejissoru və pedaqoqu, SSRİ xalqartisti, sənətşünaslıq doktoru, professor Mehdi Məmmədov idi. İmtahanları tamverdim. Hamısından dörd qiymət aldım. Bircə sonuncu imtahandan - Tarix fənnindənbeş qiymət aldım. İmtahandan evə gəldim və gördüm ki, mərhum anam gəlib.Qonşular bilirdilər ki, imtahana getmişəm. Ancaq anamdan qorxduğumdan deyəbilmirəm ki, nə etmişəm. Qonşular soruşur arxadan əlimlə beşi göstərirəm. Sondaanama da çəkinə-çəkinə dedim ki, instituta girmişəm. O illərdə ailə üzvlərimizməni məcbur Texnologiya İnstitutuna göndərmək istəyirdilər. Ancaq mən getməkistəmirdim. İş o yerə çatdı ki, mən attestatımı yandırdım ki, instituta getməyim".

Beləliklə, RəhiləMəmmədova 1978-1982-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənətİnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsilini davam etdirib.İnstitut illərində hər zaman xalq artistləri Şəfiqə Məmmədova və HöküməQurbanovanın səsinin vurğunu olan Rəhilə onların radio tamaşalarını hər gecəmaraqla dinləməkdən doymurdu. Gecələri belə yatmayan gənc Rəhilə bu səslərinsehrli aləminə vurğun idi. Bütün bunlara baxmayaraq, Rəhilə Məmmədova təhsiliyarımçıq qoymaq istəyir və sənətdə özünü doğrulda bilməmək qorxusu onu rahatburaxmır. Fikirləri, düşüncələri qarışır və İnstitut həyatını birdəfəlik tərketmək istəyir: "O illərdə Azərbaycan Televiziyasında Əmirhüseyn Məcidovun"Ozan" verilişi vardı. Bu verilişə ilk dəfə olaraq ikinci kursda çəkildimvə çox uğurlu oldu. Ancaq bu verilişdən sonra mən İnstitutdan çıxmaq istədim. Nədənsəoxumaq istəmirdim. İki dəfə çıxmaq üçün ərizə yazsam da müəllimlərim tərəfindəncırılıb atıldı. Bu minvalla Vaqif Abbasov kursumuza sənət müəllimi olaraq gəldi.Mənim bütün olan əyri-əskiklərimi o zaman Vaqif Abbasov aradan qaldırdı. Deməkolar ki, bütün günümüz Musiqili Komediya Teatrında, onun yanında olurduq. Birgündə mən həqiqətən rejissor işini onda gördüm. Məhz aktyorluğu mənə bu şəxstam mənası ilə sevdirə bildi. İlk işimiz onunla Olvinin "Hər şey bağdadır"pyesindən başladı. İkinci kursda heç zaman bütöv tamaşa hazırlanmır. AncaqVaqif Abbasov bu pyesi bizimlə işlədi. Məhz bu quruluş bizim kursumuz üçün çoxuğurlu oldu. Sonra Faiq Zöhrabov "Laçın yuvası"na quruluş verdi.1978-1982-ci illərdə İncəsənət İnstitutunu bitirdim. Vaqif Abbasovun vəfatı xəbəriisə mənə çox pis təsir etdi. Bu insan sənətdə məni mənim özümə tanıtdırabildi".

1982-ci ildəUniversiteti bitirdiyi ili təyinatını Şəki Dövlət Dram Teatrına alan aktrisa -hər zaman Şəki mənim üçün daha çox doğma olub - deyir. Aktrisanın elə ilk günlərdənbu teatrın səhnəsində daha çox pərəstişkarları olub. Həm də bu teatra təyinatımərhum Vaqif Abbasovun xatirəsinə görə aldıqlarını söyləyir. O illəri xatırlayanRəhilə Məmmədova bu gün də söhbətlərimiz zamanı çox böyük maraqla, arabir qəhərboğazını boğsa da, gözləri yaşarır və yenə də böyük həvəslə gənclik illərindəndanışır: "Ayişad, mərhum Ələkbər Hüseynov, mən və Zenfira Şəkiyə getdik. Əslindətəyinat veriləndə mərhum rektorumuz Aslan Aslanov məni buraxmırdı. O istəyirdiki, mən Bakı teatrlarının birinə təyinat alım. Mən bu zaman dedim ki, biz rəhmətlikVaqif Abbasova söz vermişik. Qala bilmərəm. Aslan Aslanov mənə dedi ki, Bakıdaolan teatrların hansını istəyirsənsə seç. Hətta Kinostudiyada da işlə təminolunmağına köməklik edirəm. Tədris Teatrında da əlavə iş saatı və İnstitutda isədərs deyə bilərsən. Qəribə bir məqam idi ki, mənim üçün bu qədər uğurlu təkliflərvardı. Ancaq mən bunların hamısının üstündən xətt çəkib, Şəkini seçdim. Şəkidəbizi çox yaxşı qarşıladılar. Allah Hüseynağa müəllimə qəni-qəni rəhmətetsin".

Rəhilə MəmmədovaŞəki Dövlət Dram Teatrına gələn kimi mərhum rejissor, respublikanın əməkdar incəsənətxadimi Hüseynağa Atakişiyevin diqqətini cəlb edir. Buna görə də aktrisa ilə ilkgündən səhnədə işləmək qərarına gəldiyindən ona M. F. Axundzadənin "Sərgüzəşti-vəziri-xani-Lənkəran”komediyasında Şölə xanım obrazını həvalə edir. Aktrisanın ilk debütü uğurluolur. Daha sonra U. Şekspirin "Romeo və Cülyetta” faciəsində Ledi Kapullettiobrazı ona həvalə olunur. Ardınca isə S.Rəhmanın "Toy” komediyasında Zalxa obrazı onun bir aktrisa olaraq istedadınınümayiş etdirir.

Tarixi faktlarda1591 və ya 1592-ci illərdə qələmə alınması bildirilən Uilyam Şekspirin məşhur"Romeo və Cülyetta" faciəsinin məşq proseslərini xatırlayan Rəhilə Məmmədovadeyir: "Bu obraz məndə heç alınmırdı. Hər dəfə də deyirdim ki, mən bu yaşımdaŞekspir dramaturgiyasına hazır deyiləm. Mən etiraf etməyi hər zaman bacarıram.Hüseynağa müəllim məni bir gün otağa çağırıb dedi ki, bu obrazı səndən alıb birbaşqasına verə bilərəm. Ancaq bununla da bir aktrisa kimi səni məhv etmişolaram. Ona görə də öz obrazın üzərində işlə. Hüseynağa müəllimin bu sözü mənəçox pis təsir etdi".

Aktrisa bu söhbətdənsonra obraz üzərində böyük əzmlə çalışmağa başlayır. Rejissor HüseynağaAtakişiyev də aktrisanın gücünə inanır. Belə də olur. Obraz aktrisa tərəfindənelə ilk baxışdaca maraqla qarşılanır və teatr ictimaiyyəti bu obrazın mahirifaçılarından biri kimi Rəhilə Məmmədovanı qeyd edirlər. Daha sonra Anarın"Sizi deyib gəlmişəm" pyesində Həmidə xanım surəti də onun uğurlu səhnəobrazlarından birinə çevrilir.

Aktrisa taleyini1986-cı ildən Gəncə Dövlət Dram Teatrına bağlayır. "Müsyö Jordan və dərvişMəstəli şah"da Xanpəri, "Oqtay Eloğlu"da Tamara, "Solğunçiçəklər"də Gülnisə, "İnsan ömrü bir nəğmədir"də Sara, "Bəraət"dəMirvari, "İntizar"da Nigar, "Yel Əhmədin bəyliyi"də Pəri,"Ayının qış yuxusu"da Küpəgirən qarı, "Məhəbbətin qənimi"dəGülzar xala, "Mahnı dağlarda qaldı"da Fəxrəndə, "Qanun dəllalı"ndaSona, "Bu dünyanın adamları"nda Sevər, "Unuda bilmirəm"də Səadətxanım, "İtkin gəlin"də Zümrəyin anası, "Unutmaq istəyirəm"dəÜlviyyə, "Fosforlu Cevriyyə"də Şəfiqə, "Tələ"də Florens,"Gözəlçələr"də Məhtab, "Ağ bayraqlar"da Ana surətləri RəhiləMəmmədovanın maraqla yaradılan və uğurlu səhnə taleyi yaşayan obrazları silsiləsinədaxildir. Rəhilə Məmmədova bu gün də Gəncə Dövlət Dram Teatrına ilk gəldiyigünləri xatırlayarkən deyir: "Nə qədər istedada sahib olsam da hər zamanqocaman səhnə ustadlarından öyrənməyə çalışmışam. Mən bu teatra gələndən sonraaltı ay ancaq oturub tamaşalara baxırdım. Burada elə tamaşalar vardı ki, mənaktyor ifalarına baxarkən zövq alırdım. Bu gün də tamaşalarımıza baxıram.Düzdür, indi də gözəl tamaşalarımız var. Ancaq o dövrün tamaşalarının yeriniheç nə vermir. Ötən tamaşalarımızda bir istilik vardı. İnsanlara yaxınlıq,doğmalıq vardı. Bu teatrda sonralar xalq artistləri, mərhum qocaman səhnəustalarımız olan Sədayə Mustafayeva, Rəmziyyə Veysəlova ilə tərəf müqabiliolduqda səhnədə yaşayırdım".

Sözsüz ki,istedad yolunda çətin günlər də az deyil. Yaradıcılığına kölgə salmaq, onu əzmək,hətta uğurlu obrazlarının belə nəzərə alınmaması, təzyiqlər və təqiblər dəolub. Ancaq büdrəməyib. Əksinə bütün olan haqsızlıqlara qarşı dözüb, sənətini vəyaradıcılığını sübut edib. Aktrisa o illəri xatırlayarkən ötənlərə gülür vədeyir: "1990-cı illərdə bir müddət bu teatrda mənə qarşı haqsızlıqlar başladı.Sanki repressiya dövründə idim. Yaxşı yadımdadır, Əlibala Hacızadənin "İtkin gəlin"pyesində Zümrəyin anası obrazını xalq artisti Rəmziyyə Veysəlovadan sonra mənəverdilər. Ancaq obraz həvalə olunsa da, sözlərini əzbərləmək üçün vermədilər.Heç yadımdan cıxmaz. Xalq artisti, mərhum sənətkarımız Rəmziyyə Veysəlova məniöz evinə çağırıb, obrazın həm sözlərini, həm də əlimdən tutub mizanlarını mənəöyrətdi. Həmin axşamı gəlib tamaşanı oynadım. Səhnədə həddən artıq tələbkar birtərəf müqabilim olan xalq artisti Sədayə Mustafayeva ilə oynamaq mənim üçünböyük imtahan demək idi. Mən buna baxmayaraq, bu imtahandan çıxdım. Həttateatrın o zamanlar baş rejissoru və bu tamaşanın quruluşçu rejissoru olan YusifBağırov gəlib dedi ki, tamaşada heç bilinmədi ki, Rəmziyyə Veysəlova yoxdur.Sanki o özü oynadı bu səhnəni yenə də. Mən bu gün qocaman səhnə ustaları olmasaidi, səhnənin uğurunu heç vaxt bölüşə bilməzdim. Düzdür, hətta döyüldüyüm,söyüldüyüm günlər də olub. Hətta mənə buteatrda dəlidir də dedilər. Amma... Məni tanımaq üçün mən olmağı bacarmaqlazımdır. Bu həyatda heç kimə pislik edə bilmirəm”.

Anar Burcəliyev

Teatrşünas