"Azerçay" ölkəmizin çay mədiyyətini dünyaya tanıtmağa davam edir - FOTOLAR

Doğma çay markamız “Azerçay” Yaponiyanın Osaka şəhərində keçirilən “Osaka, Kansai Ekspo 2025” dünya sərgisində iştirak edir.
Ölkəmizin pavilyonunda yer alan doğma çay markamız Azərbaycan çay mədəniyyətinin tanıdılmasını təmin edir.
Azərbaycan pavilyonuna yaxınlaşan yaponlar və digər ölkələrdən olan qonaqlara ölkəmizin tarixi, ənənələri barədə məlumat verilməklə bərabər qonaqlara doğma çayımız ikram edilir.
Dünya liderləri, yüksək səviyyəli dövlət rəsmiləri və dünyanın qabaqcıl şirkətlərinin qatıldığı sərgidə milli brendimiz ziyarətçiləri çay süfrəsinə qonaq edilir.
Ziyarətçilər “Azerçay”ın müxtəlif məhsulları ilə tanış olmaqla yanaşı, onlara xüsusi hlədiyyələr təqdim olunur.
“Made in Azerbaijan” imzasını üzərində daşıyan doğma çay markamız uzun illərdir ki, beynəlxalq arenada Azərbaycanı yüksək səviyyədə təmsil edir və ölkəmizin keyfiyyətli məhsullarının dünyada tanınmasında mühüm rol oynayır.
Digər Xəbərlər

"21 AZƏR İNQİLABI" - İRADƏ TUNCAYIN FİLMİ - VİDEO

Kahramanmaraşda konfrans salonuna Nizami Gəncəvinin adı verildi

Türkiyənin sahil şəhərlərini yaxta turları ilə kəşf edin - FOTOLAR

Sumqayıt Teatrında “Qaravəlli” tamaşasının premyerası keçiriləcək

“AzDrama”da qalmaqal bitmir: Sən “AzDrama” ilə bağçanı səhv salmısan!

Cahan şahın sevgi əfsanəsi: Ecazkar Mümtaza “Tac Mahal”

Tarixi gizlinləri özündə yaşadan Alanya -FOTOLAR
