“Mən heç kimi təkrarlamıram”
"Mən heç kimi təkrarlamıram. Hər bir futbolçunun öz oyun tərzi olmalıdır”.
Adalet.az-ın xəbərinə görə, bu sözləri "Real”ın hücumçusu Kriştiano Ronaldo Portuqaliya mediasına müsahibəsində deyib. "O ki qaldı mənim pərəstiş etdiyim futbolçulara, bir nəfərin adını qeyd etmək doğru olmaz” – deyə Ronaldo bildirib.
Özü haqda mənfi fikir səsləndirənlərə isə Ronaldonun münasibəti belə olub: "Məni tanımayan adamların dedikləri həqiqət deyil. Amma bunu özümü problem də saymıram”.