adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
27 May 2017 23:00
20475
KRİMİNAL

Məktəblilər arasında dava ölümlə nəticələndi

Masallı rayonunun Boradigah qəsəbəsində 1 saylı məktəbin ərazisində məktəblilər arasında dava ölümlə nəticələnib.

Dava Kənan və Həsənağa adlı məktəblilər arasında düşüb.

Nəticədə 17 yaşlı Kənan gicgah nahiyəsində aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.