Məktəbli bacılar analarına görə evdən qaçıblar - DİN rəsmisi
Gəncədə 14 və 9 yaşlı iki bacı itkin düşüb. 2005-ci il təvəllüdlü Nipalıyeva Pərvanə Samiddin qızı və bacısı, 2010-cu il təvəllüdlü, 1-ci sinif şagirdi Nipalıyeva Ceyran Samiddin qızı aprelin 5-də səhər saat 08 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıblar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Azvision.az -a açıqlamasında bildirib ki, bacıların itkin düşməsi ilə əlaqədar Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən lazımı tədbirlər həyata keçirilir və yaxın günlərdə onların yerləri müəyyən olunaraq ailələrinə təhvil veriləcəklər.
"Onlar nizam-intizama riayət edən uşaqlar olmayıblar. Əvəllər də evdən gedib, sonra qayıdıblar. Bu dəfə isə anaları ilə aralarında söz-söhbət olub. Bu səbəbdən evdən gediblər. Qızların ataları yoxdur. Anaları ilə aralarında baş verən anlaşılmazlıq qızların tez-tez evi tərk etməsinə səbəb olub. Hazırki yoxaçıxma da valideyn nəzarətsizliyinin nəticəsidir”, -deyə E. Zahidov vurğulayıb.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
02 May 2024 15:58
Asiya İnkişaf Bankının Departament direktoru Azərbaycan Səhiyyə Nazirliyində olub
02 May 2024 15:48Tatoyan:"Azərbaycanlıların 96,2% -i Zəngəzur, İrəvan və Göyçəni tarixi yurdu hesab edir"
02 May 2024 12:31Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi
02 May 2024 12:09Polislər deputatı doğulduğu kəndə buraxmadı: Video
02 May 2024 11:35