Media nümayəndələri üçün COP29 ərəfəsində seminar keçirilib

Bu gün İqtisadiyyat Nazirliyi, Nazirlik yanında Dövlət Vergi Xidməti (DVX) və Media İnkişaf Agentliyinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün seminar təşkil olunub.
Adalet.az xəbər verir ki, seminarın məqsədi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) öncəsi jurnalistlərin bu sahədə biliklərinin artırılması, Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Vergitutma” indikatoru üzrə Yol Xəritəsi çərçivəsində ekoloji fiskal alətlərin tətbiqi ilə bağlı məlumatlılığın genişləndirilməsidir.
“Yaşıl iqlim maliyyəsi və karbon qiymətqoyma siyasəti” mövzusunda keçirilən seminarda İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov və DVX-nin Vergi siyasəti baş idarəsinin rəis müavini Oqtay Yaqubov təqdimatlarla çıxış ediblər. Tədbirdə mövzular ətrafında müzakirələr aparılıb, jurnalistlərin sualları cavablandırılıb.
Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Ayaz Əliyev və DVX-nin rəis müavini Samirə Musayevanın iştirak etdiyi seminarın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Digər Xəbərlər

Rəşad Məcid: Azərbaycan mediasının əsas qayəsi cəhalətlə mübarizə olub

Mətbuat Şurasında “Sputnik Azərbaycan”la bağlı müzakirələr aparıldı

Bu hallarda media subyektləri Media Reyestrindən çıxarılacaq

İnformasiya agentliklərinə dair yeni tələblər

Bu media subyektləri 5000 manatadək cərimələnəcək

MEDİA nazirlərin adından yayılan xəbərlərə aydınlıq gətirdi

Onlar jurnalistikaya aid olmayan tapşırıqları yerinə yetirirmişlər - Mətbuat Şurası bəyanat yaydı
