Media nümayəndələri ilə Özbəkistanda görüş təşkil olunub - FOTOLAR
Özbəkistan Respublikasına səfər çərçivəsində Azərbaycanın bir sıra dövlət orqan və qurumlarının kommunikasiyaya məsul şəxsləri və media nümayəndələri üçün Özbəkistanın Jurnalistika və Kütləvi Kommunikasiya Universitetində görüş təşkil olunub.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyindən Adalet.az-a verilən xəbərə görə, görüş zamanı Özbəkistanın Jurnalistika və Kütləvi Kommunikasiya Universitetinin rektoru Şerzodxon Qudratxoja tərəfindən qonaqlara universitetin yaranma tarixi, tədris strategiyası, təhsil proqramları və gələcək perspektiv imkanları barədə geniş məlumat verilib.
Qeyd edilib ki, 2018-ci ildə yaradılan sözügedən ali təhsil müəssisəsində jurnalistikanın müxtəlif sahələri, o cümlədən idman jurnalistikası, teleradio və hərbi jurnalistika üzrə ixtisaslar tədris olunur. Müasir texniki baza və peşəkar kadr potensialı sayəsində tələbələr yalnız nəzəri biliklərə deyil, həm də real media mühitinə uyğun praktiki bacarıqlara yiyələnirlər.
Sonra Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiya Universitetinin Akademik, Elmi İşlər və İnnovasiyalar üzrə prorektoru Nozima Muratova tərəfindən Azərbaycanın bir sıra dövlət orqan və qurumlarının kommunikasiyaya məsul şəxsləri və media nümayəndələri üçün “Qlobal informasiya mühitində yeni nəslin media davranışı və məzmun seçimləri” mövzusunda seminar keçilib. Sessiya interaktiv dialoqlarla davam edib.
Digər Xəbərlər
12 Dekabr 2025 16:52
MEDİA-nın kollektivi Heydər Əliyevin məzarını ziyarət etdi - FOTOLAR
11 Dekabr 2025 11:17
Əhməd İsmayılov Suriyanın informasiya naziri ilə görüşdü - FOTO
09 Dekabr 2025 19:37
Tanınmış jurnalist Azərbaycan Dövlət Radiosuna rəhbər təyin edildi
09 Dekabr 2025 17:46
Media nümayəndələri üçün "Storytelling" mövzusunda təlimlərə başlanılıb - FOTOLAR
08 Dekabr 2025 15:19
AZƏRTAC-ın müxbiri “Persona-2025” nominasiyasının qalibi olub
08 Dekabr 2025 15:05
"Ədalət" qəzetinin əməkdaşı MEDİA-nın müsabiqəsində qalib oldu
08 Dekabr 2025 14:40
MEDİA "Fərdi jurnalist müsabiqəsi"nin nəticələrini açıqladı
05 Dekabr 2025 14:45


Bakı -°C

