Əhməd İsmayılov Suriyanın informasiya naziri ilə görüşdü - FOTO
Əbu-Dabidə keçirilən “Bridge” media və məzmun sənayesi sammiti çərçivəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ilə Suriya Ərəb Respublikasının informasiya naziri Həmzə Əl-Mustafa arasında ikitərəfli görüş keçirilib.
Adalet.az xəbər verir ki, görüş zamanı Azərbaycan ilə Suriya arasında media və kommunikasiya sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri, informasiya axınının genişləndirilməsi və bu sahədə qarşılıqlı maraq doğuran istiqamətlər ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda dezinformasiya ilə mübarizə, etibarlı informasiya mühitinin formalaşdırılması, dialoqun genişləndirilməsi və institusional əlaqələrin inkişaf etdirilməsi məsələləri də diqqət mərkəzində olub.
Digər Xəbərlər
22 Yanvar 2026 17:19
Prezidentin adından saxta açıqlama yayılıb - MEDİA
21 Yanvar 2026 12:58
Rəşad Məcid: "Dezinformasiyaların bəziləri savadsızlıqdan yayılır"
21 Yanvar 2026 12:23
Natiq Məmmədli: Azərbaycanda dezinformasiya ilə mübarizə üçün siyasi sistem mövcuddur
15 Yanvar 2026 12:32


Bakı -°C

