Media nümayəndələri üçün "Storytelling" mövzusunda təlimlərə başlanılıb - FOTOLAR
Medianın İnkişafı Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün "Storytelling": müasir publisistikanın yeni narrativləri və aktual trendləri" mövzusunda təlimlərə başlanılıb.
Adalet.az xəbər verir ki, dekabrın 9-10-u tarixlərini əhatə edən təlim proqramı iki fərqli qrup üçün dörd sessiya üzrə təşkil olunub.
Sessiyalar "Publisistik üslubun xüsusiyyətləri: Bədii publisistikanın janrları", "Storytelling": mediada istifadə formaları, ənənəvi və yeni yazı üsulları", "Narrativ nəzəriyyəsi: əsas prinsipləri və istiqamətləri (mühazirə və simulyasiya)", eləcə də "Vörkşop: nəzəri biliklərin möhkəmləndirilməsi" mövzularını əhatə edib.
Təlimin ilk günündə Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini, əməkdar jurnalist, yazıçı Natiq Məmmədli ənənəvi yazı texnikalarının yeni məzmun formaları ilə uzlaşdırılmasının, publisistik mətnlərin hipermətn mühitinə uyğunlaşdırılmasının və köşə yazarlığının oxucu üçün daha cəlbedici hala gətirilməsinin hazırkı media mühitinin əsas çağırışları sırasında olduğunu diqqətə çatdırıb.
Onun sözlərinə görə, "Storytelling" bu gün jurnalistikanın auditoriyaya təsir imkanlarını genişləndirən, ideyanın daha dolğun və cəlbedici formada çatdırılmasına şərait yaradan, jurnalistin yaradıcı imkanlarını ön plana çıxaran və fərdi üslubun formalaşmasına təkan verən mühüm vasitədir:
"Beynəlxalq təcrübəyə əsaslanan "Storytelling" yanaşmalarının və müasir narrativ strukturların tətbiqi məlumatın daha anlaşılan təqdim olunmasına, auditoriya ilə emosional əlaqənin qurulmasına və ictimai təsirin gücləndirilməsinə mühüm töhfə verir".
Sonda media nümayəndələrinə sertifikatlar təqdim olunub.
Digər Xəbərlər
15 Yanvar 2026 12:32
Əhməd İsmayılov jurnalistləri dildən düzgün istifadəyə çağırdı
13 Yanvar 2026 16:58
“ARB"nin yayımı 3 saatlıq dayandırıldı
12 Yanvar 2026 09:04
MEDİA-nın yaradılmasından 5 İL ÖTÜR
09 Yanvar 2026 16:40
Onlayn mediada Azərbaycan dili ilə bağlı problemlər var - Natiq Məmmədli
09 Yanvar 2026 16:37
Mətbuat Şurasının Dil Komissiyası yenidən formalaşdırıldı
01 Yanvar 2026 13:06
Media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılıb
29 Dekabr 2025 15:43
MEDİA bu saytlara və qəzetlərə pul ayırdı - FOTO
29 Dekabr 2025 14:04


Bakı -°C

