MEDİA-nın Naxçıvan regional idarəsinin Əsasnaməsi təsdiqləndi
3 sentyabr 2024-cü il tarixində Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının növbəti iclası baş tutub.
Adalet.az xəbər verir ki, Müşahidə Şurasının sədri Dağbəyi İsmayılovun rəhbərliyi ilə keçirilən görüşdə Müşahidə Şurasının üzvləri Vüqar Əliyev, Şəfəq Mehrəliyeva, Sevil Mikayılova, Elçin Şıxlı, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Media sektorunun müdiri Kamran Həsənov, Agentliyin İcraçı direktoru Əhməd İsmayılov və Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov iştirak edib.
İclasın gündəliyinə uyğun olaraq, dövlət sifarişi əsasında audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqənin nəticələri və “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin Əsasnaməsi” təsdiq edilib.
Bununla yanaşı, cari il üçün həyata keçirilməsi nəzərdə tutulan fəaliyyət istiqamətləri, Agentliyin strateji məqsədləri və planları, icra ediləcək tədbir və layihələrə dair ətraflı müzakirələr aparılıb.
Digər Xəbərlər
08 Sentyabr 2026 13:32
I Bakı Türkoloji Qurultayı və Milli Mətbuatın 50 illik yubileyi - Faktlar
04 Sentyabr 2026 09:46
“Azərsun Holdinq” jurnalistlər üçün təlim keçirdi
03 Sentyabr 2026 20:28
Azərbaycana qarşı dezinformasiya kampaniyası aparılır - MEDİA
31 Avqust 2026 20:12
“Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib” - MEDİA
29 Avqust 2026 20:58
Bütün media subyektləri qanunvericiliyin tələblərinə əməl etməlidir! - BƏYANAT
22 Avqust 2026 12:29
MEDİA Nuraninin vəfatı ilə bağlı başsağlığı verdi
21 Avqust 2026 15:30
Respondentlərin 88%-dən çoxu həmin qadağanı dəstəkləyir - Sorğu
18 Avqust 2026 11:55


Bakı -°C

