MƏDƏNİYYƏT İŞÇİLƏRİ YAZIÇI İSMAYIL QARAYEVİN EV MUZEYİNİ ZİYARƏT ETDİLƏR

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin Qarqucaq və Zeyvə kənd folklor evi, Səfikürd kənd sənətkarlıq evi, Qarqucaq və Səfikürd kənd kitabxana işçilərinin ekskursiyası (14.05.2025)
14 May 20025-ci ildə Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin Qarqucaq və Zeyvə kənd folklor evi, Səfikürd kənd sənətkarlıq evi, Səfikürd kənd sənətkarlıq klubu, Səfikürd kənd kitabxana filialı həmçinin Tap Qaraqoyunlu mədəniyyət evi və kənd kitabxana filialının işçiləri birlikdə SSRİ Yazıçılar İttifaqının və Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış yazıçı İsmayıl Qarayevin Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində yerləşən ev muzeyinə ekskursiya etdilər, burada 18 May Beynəlxalq Muzeylər Günü ilə əlaqədar "Bir toxunuş, min dəyər" adlı tədbir keçirdilər.
Ekskursiya iştirakçıları Tap Qaraqoyunlu kənd tam orta məktəbinin direktoru Sevinc Abbasova və müəllim Rübabə İsmayılova ilə birlikdə Azərbaycanın Milli Qəhrəmanı Niyazi Aslanovun adını daşıdığı Tapqaraqoyunlu kənd tam orta məktəbinin qarşısında yerləşən büstünü, Birinci və İkinci Qarabağ müharibələri şəhidlərinin və itkinlərinin kəndin mərkəzində yerləşən xatirə ansamblını ziyarət edərək, abidələrin önünə tər çiçək dəstələri qoyaraq və çıxışlar etdilər.
İsmayıl Qarayevin vaxtı ilə yaşadığı ünvana gələn ekskursiya iştirakçıları yazıçının yaşayıb yaratdığı həyəti gəzdilər, onun mənzili, iş otağı, kitabxanası, ailə şəkilləri və şəxsi əşyaları ilə tanış oldular. Burada iştirakçılara yazıçının həyat və yaradıcılığı haqqında geniş məlumat verildi. Ekskursiya iştirakçılarına yazıçının övladı Vəsimə İsmayılqızının adından yazıçının müxtəlif illərdə çap olunmuş kitablarından nümunələr hədiyyə edildi. Sonra tədbir iştirakçıları yazıçı İsmayıl Qarayevin və mərhum həyat yoldaşı Leyla xanımın Tapqaraqoyunlu kənd qəbristanlığında yerləşən məzarları ziyarət etdilər.
Tədbir zamanı xatirə şəkilləri çəkildi.
Ekskursiya iştirakçılarına əməkdar müəllim, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü İskəndər Səklikov və yazıçının qohumu Səxavət Əmirov bələdçilik etdilər.
Digər Xəbərlər

Tikdim ki izim qala: istedadlı memar Aqil İsmayıl oğlu Yusifov

Antalyadan Sivasadək: Türkiyədə hələ kəşf edilməmiş təbii möcüzələr -FOTOLAR

Xalq artisti Cəfər Namiq Kamal - 75

Sumqayıt Dövlət Dram Teatrında “Sehrli Yaylıq” uşaq tamaşasının premyerası olub
jpg-1747654027.jpg)
Türkiyənin məşhur erməni fotoqrafı:Xudbin və istedadlı Ara Gülər

Ulu Öndərin 102 illiyinə həsr olunan bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib

Aygün Səmədzadəyə yüksək vəzifə verildi
