Məbud Məhərrəmov: "Fəaliyyətimdə fasilə yarandığı dövrdə çox məşhurlaşdım"


Dosye: Məbud Məhərrəmov 1978-ci ildə Azərbaycan Dövlət İncəsənətİnstitutunun dram-kino aktyoru fakültəsini bitirib. 1978-ci ildən Səməd Vurğunadına Rus Dram Teatrında aktyor vəzifəsində işləyir.
Bu illər ərzində teatrın səhnəsində 50-dən çox rol oynayıb, bir çoxfilmlərdə çəkilib.
Onun yaratdığı Ağasaf (M.İbrahimbəyov ("Gənc qadının kişisi"),Əmrah (Hidayət "Mənzil"), Ər (Elçin "Mənim ərim dəlidir"), Hannibal (J.Patrik "Strannaya missis Sevidj"),Təlxək (U.Şekspir "Kral Lir"), Fyodr Pavloviç Karamazov(F.M.Dostoyevski "Karamazov qardaşları"), Müsyö Jordan (M.F.Axundzadə "Müsyö Jordan və DərvişMəstəli şah") kimi obrazları aktyorun rəngarəng yaradıcılıq palitrasınınnümunələrindəndir. Hazırda aktyor teatrın baş rejissoru A.Y.Şarovskininquruluşunda V.Stanilovun "Opera Mafiozo" tamaşasında əsas rollardanbirini canlandırmağa hazırlaşır.
M.Məhərrəmov bir çox filmlərdə və televiziya tamaşalarında da maraqlıobrazları ilə tanınır: "İşgüzar səfər", "Park", "Özgəömür", "Aşkarsızlıq şəraitində", "Ailə", "Qorxma,mən səninləyəm-2", "Sübhün səfiri", "Yaşıl eynəkliadam", "Nigarançılıq" və s.
2000-ci ildə M.Məhərrəmov əməkdar artist, 2006-cı ildə isə xalq artistifəxri adlarına, 2006-cı və 2012-ci ildə Azərbaycan RespublikasınınPrezidentinin mükafatına layiq görülüb.
- Aktyor olmağınızın həyatın müxtəlif situasiyalarında sizə köməkliyi vəya maneçiliyi olubmu?
- Köməkliyi də olur, maneçiliyi də. Məsələn, istirahətdə olanda maneolur. Belə məqamları maneçilik hesab etmək olarsa, bir də görürsən, soruşmadan,icazə almadan şəklimi çəkirlər. Populyarlıq yaxşı şeydir, amma həm də ikiqatməsuliyyətdir. Həyat yoldaşım həmişə deyir ki, yadından çıxmasın, maşındagedəndə kökə-filan yemə, avtobusların, o biri maşınların pəncərələrindən sənigörüb-tanıyanlar bunu yaxşı şərh etməyəcəklər. Doğrudan da, belədir. Kütləvisənət sahibləri uşaq vaxtı ailədə aldıqları tərbiyədən daha artıq etiknormalara riayət etməlidirlər, mədəniyyət, incəsənət xadimi olduqlarınıunutmamalıdırlar. Ona görə ictimai yerlərdə bizim sərbəstliyimiz bir qədərməhdudlaşır.
- Aktyorlar müxtəlif obrazlara girməyi bacardıqları üçün başqalarından psixoloqolmaları ilə də fərqlənirlər, insanları daha yaxşı tanıyırlar. Peşənizin bukeyfiyyətindən yararlanmağı bacarırsız?
- Bununla bir az razı deyiləm. Mənim aktyor olmağım insanları yaxşıtanımağıma təsir etməyib - necə sadəlövh, hamıya inanan idimsə, elə dəqalmışam. Hətta fikirləşirəm ki, belə olmasaydım, yəqin, aktyor olmazdım.Halbuki məni tanımayanlarda bunun tamam əksi olan təəssürat yaradıram.Ümumiyyətlə isə aktyorlar son dərəcə kövrək, həssas insanlardır - oynadığımızhər bir obrazın xasiyyəti, duyğuları bizə keçir. Məsələn, mən hansısa bir rolunüzərində işləyəndə fikrimin əsas hissəsi o obrazın yanında olduğu üçün evdə dəözümü başqa cür aparıram. Ona görə aktyorun taleyində, həyatında hər bir rolunizi qalır. Məsələn, Aleksandr Abdulovun kinoda sonuncu rolu ağciyərxəstəliyindən əziyyət çəkən və sonda dünyasını dəyişən obrazdı. O filmdən biril sonra Abdulovun özünün də taleyi o cür oldu. Buna görə də istedadlı,bacarıqlı aktyor həm də o aktyordur ki, obrazla özü arasındakı o çox xəfif həddikeçməməyin öhdəsindən gəlsin.
- Postsovet məkanından olan aktyorların taleyinə canlandırdıqlarıobrazların taleyinin təsirinin səbəblərini haradasa Stanislavski nəzəriyyəsinin"inanmıram" prinsipində də axtarmaq olar...
- Bəli. Amma Stanislavski "inanmıram" deyəndə, məsələn, ruhixəstə rolunu oynayan aktyorun həqiqətən qəhrəmanının gününə düşməsini tələbetmirdi. Dediyim kimi, burada çox xəfif bir hədd var, o həddi görən aktyor üçünheç bir problem yarana bilməz. Həm də Stanislavski nəzəriyyəsindən təkcə postsovetməkanından olan aktyorlar yararlanmırlar. Məsələn, Amerikanın da aktyor məktəbibunun üzərində qurulub, Nyu-York Ali Aktyorluq Məktəbi bu nəzəriyyəyəəsaslanır. Çünki ötən əsrin 19-20-ci illərində Rusiyadan mühacirət etmiş MixailÇexov kimi teatr xadimlərinin sayəsində bu nəzəriyyə geniş yayılıb.
İstənilən halda biz aktyorlar qəribə adamlarıq... Jan Mare xatirələrindəyazır ki, həyatımın bir dövründə mənə pislik etməyə çalışan, haqqımda hər cürnalayiq sözlər danışanlara nəinki yaxşı münasibət göstərməyə, hətta onlaraxeyirxahlıq etməyə başlayanda həmin kəslərin mənə dəli kimi baxdıqlarınıgörürdüm.
- Bir neçə il əvvəl teatrdan uzaqlaşmışdınız. Səbəb rol bölgüləri zamanılayiq olduğunuz rolların sizə verilməməsi idi, yoxsa fərqli tapıntılar meydanıaxtarmaq?
- Dediyim kimi, aktyorlar həssas olurlar, görünür, mən də nədənsəincimişdim. Ona görə yaradıcılığımda pauza əmələ gəlmişdi, sükut zonasınadüşmüşdüm. Amma bu o demək deyildi ki, mən öz üzərimdə işləmirdim. AleksandrŞarovski buraya baş rejissor təyin olunanda məni yenidən teatra dəvət edəndənsonra fəaliyyətimin yeni dövrü başladı. Tamaşalarımdan birinə tanınmış aktyorvə rejissor Tofiq Mirzəyev (hazırda İsraildə yaşayan xalq artisti T.Mirzəyevigeniş tamaşaçı kütləsi "Uşaqlığın son gecəsi", "O qızıtapın", "Təhminə" və digər filmlərindəki rollarından tanıyır -red.) də gəlmişdi. Tamaşadan sonra mənə dedi ki, bu vaxta qədər məclislərdəniyə o qədər etüdlər göstərdiyini indi anladım, bu yolla sən öz aktyor formanısaxlayırmışsan.
Amma sizə deyim ki, teatrdakı fəaliyyətimdə fasilə yarandığı dövrdə mənçox məşhurlaşdım. "Yaşıl eynəkli adam" teletamaşasına çəkilməyimbütün şəhərdə tanınmağıma səbəb oldu. Əslində bu, çox kiçik roldu, efirdəgörünmə xronometrajı da azdı, amma bu, mənə mane olmadı. Həmin ərəfədə mən"Bakı payızı - 83" estrada müsabiqəsinin laureatı olmuşdum.
- Çox maraqlıdır...
- O müsabiqədə estrada danışığı janrının nümayəndəsi kimi iştirakedirdim. Sonralar həmin müsabiqədə bu janra diqqət azaldı, amma o dövrdəestrada janrı anlayışı tam əhatə olunurdu. Mən də I yeri tutmuşdum. Üç turdatəqdim etdiyim mətnlərin bəzilərinin müəllifi özüm idim. Ramiz Həsənoğlu daməni həmin müsabiqədə görəndən sonra "Yaşıl eynəkli adam" tamaşasınadəvət etdi. Bir az əvvəl dediyim kimi o tamaşadan sonra tanınmağımdan, əlbəttəki, məmnun oldum. Bu, öz yerində, amma ümumiyyətlə, televiziyadakı işlərimyaradıcılığımda çox mühüm yer tutur, "Fatehlərin divanı","Nigarançılıq", "Yumurta" tamaşalarındakı rollarımın mənimüçün böyük əhəmiyyəti var.
Amma teatrın o vaxtkı rəhbərliyi estrada danışığı janrına barmaqarasıbaxırdı. Və məni də daha çox yalnız komik aktyor kimi qəbul edirdilər.Ümumiyyətlə, fikir vermisinizsə, bizim rejissorlar dramaya daha çox üstünlükverirlər. Çünki əslində komediya janrında özünü ifadə etmək qat-qat çətindir.On aktyordan yalnız üçündə sırf komik istedad ola bilər. Hətta kino tariximizdədə komediya janrının mükəmməl nümunələrini barmaqla saymaq olar. Səbəb isəkomediyanın mürəkkəb janr olmağındadır. Boş zalın qarşısında komediya tamaşası hazırlamaqdram tamaşası hazırlamaqdan həqiqətən çətindir - axı bu zaman nə rejissor, nədə aktyorlar tamaşaçıların reaksiyasının necə olacağını bilmirlər, təsəvvürbelə etmirlər. Tamaşaçının gülüşünə hesablanmış hər hansı səhnə tamaşa zamanısükutla qarşılana bilər və o, tamam gözlənilmədiyi məqamda gülə bilər.
- Bizdə estrada danışığı janrının inkişaf yolu çox adda-buddadır -yüksəliş mərhələləri fraqmental, tənəzzül dövrü isə uzun sürən. Bu janr üzrəstudiya açmaq niyyətiniz yoxdur ki?
- Elədir. İndi bir var Tahir İmanovun "Planeta Parni iz Baku" teatrı, bir dəRafaellə Coşqun. Studiya açmaq, əlbəttə ki, yaxşı olardı. Amma istənilən haldamən bu sahədəki bacarığımı insanlara bəxş etməyə meydan tapıram - teatrdakonferansyeyəm. Repertuarımızda bir tamaşa var idi, "Vse zvyozdı",təəssüf ki, o tamaşanı repertuardan çıxardılar, halbuki məni də, əvəzsiztərəf-müqabilim Natalya Tağıyevanı da tamaşaçılar o tamaşa ilə daha çoxtanıdılar, indiyə qədər də xatırlayırlar. Bax həmin tamaşada biz bu janrı maksimumbərpa etməyə çalışmışdıq, çıxışlarımız bütünlüklə canlı idi. Sonra mən,məsələn, rus dilində çəkilmiş bəzi filmlərin Azərbaycan dilinə dublyajı zamanıyaranan məzəli situasiyaları parodiya etməyə başladım.
- Yeri gəlmişkən, azərbaycandilli tamaşada iştirak edən az saydarusdilli aktyorlardan birisiniz.
- Bəli, bu mərhələ yaradıcılığımda xüsusi yer tutur. Ümumiyyətlə, mənheç bir rola ötəri, keçici rol kimi baxmıram. "Üns" YaradıcılıqSəhnəsində "Şekspir" tamaşası qoyulan dövrdə mən öz teatrımızda"Kral Lir" tamaşasında Təlxək rolunda çıxış edirdim, baş rolunifaçısı sevimli sənətkarımız Nodar Şaşıqoğlu ilə tərəf-müqabil idim. Elçinin"Şekspir" pyesi əsasında Bəhram Osmanovun hazırladığı tamaşada mənəBaş həkim rolu həvalə edilmişdi. Məlumdur ki, dili işlətməyəndə söz ehtiyatı, odildə rahat danışmaq bacarığı azalır. Mən evdə, ya da bəzi dostlarımla arabirazərbaycanca danışsam da, istifadə etdiyim əsas dil rus dilidir. Buna görəmənim tamaşada azəricə rus aksenti ilə danışacağımdan ehtiyatlandığı üçün Elçinmüəllim Baş həkim obrazının monoloquna onun Moskvada təhsil almasını vurğulayancümlə əlavə etmişdi ki, obrazın rusdilli olması tamaşaçılar üçün qaranlıqqalmasın. Amma məşqlərdə Elçin müəllim nitqimin təmiz azəri ləhcəsində olduğunugörəndən sonra dedi ki, o cümlə lazım deyil, monoloqundan çıxar.
Bu işin öhdəsindən gəlməyimin səbəblərindən biri də kino vəteleviziyadakı işlərimdə vaxtaşırı azəricə çıxış etmək təcrübəmin olması idi."Yumurta" teletamaşasında, "Güllələnmə təxirə salınır!"filmində Məmmədkamal Kazımovun ömrü səsləndirmə mərhələsinə yetmədiyi üçün onunrolunu səsləndirməyi mənə həvalə etdilər. "Bu gözəl, gözəl dünya"filmində də azəricə nitqim öz səsimlə yazılıb. Bu yaxınlarda çəkilişləri başaçatmış "Qorxma, mən səninləyəm-2" filmindəki rolumu səsləndirəndə dəbəzi yerlərdə azəricə danışmışam. Nəhayət, bu yaxınlarda premyerası baş tutmuş"Sübhün səfiri" filmində Müsyö Jordan rolunda çəkiləndə də rolunazəricə səsləndirilməsində özüm iştirak etdim.
Axundzadənin üzərində ayrıca dayanmaq istəyirəm. Onun yubileyimünasibətilə baş tutan yaradıcı layihələrə cəlb olunmağım fərqli önəmə maliksəhifədir. Teatrımızda qoyulan "Müsyö Jordan və Dərviş Məstəli şah"tamaşasında, yubiley münasibətilə Akademik Milli Dram Teatrında təşkil edilmiştəntənəli mərasimdə və "Sübhün səfiri" filmində Müsyö Jordan rolundaçıxış etməklə, bu dahi qələm və fikir sahibinin yaradıcılığı ilə belə sıxtəmasda olmaqla yaradıcılığım yeni çalar qazandı. Mirzə Fətəlinin yaradıcılığıilə təmasda olmaq hər bir aktyor üçün böyük məktəbdir - bu şəxsiyyəti ŞərqinMolyeri adlandırırlar, amma məncə, onun dahiliyi Molyerdən də üstündür:Axundzadə ustad dramaturq olmaqdan başqa, bütün Şərqdə dramaturgiyanın əsasınıqoymaqla teatr sənətinin inkişafına əvəzsiz töhfəsini verib. Truppamız"Müsyö Jordanvə Dərviş Məstəli şah" tamaşası ilə 10 şəhərdə qastrolda olub. Moskvadatamaşadan sonra görkəmli yazıçı Çingiz Hüseynov qrim otağına gəlib"Fatalğnıy Fatali" ("Fətəli fəthi") kitabını mənə hədiyyəetdi və avtoqraf olaraq bu sözləri yazdı: "Müsyö Jordana məhəbbətlə əzizMəbuda müəllifdən".
- Tamaşaçılarınıza bəxş etdiyiniz ən böyük sürprizlərdən biri"İbRus" Teatrında tamaşaya qoyulmuş "Tartüf Ağayeviç" səhnəəsərində Pəri xanım rolunda çıxış etməyiniz oldu. Bu, həqiqi mənada sürpriz idi- həm sizi dərhal tanımaq mümkün olmadı, həm də gözlənilməzlik məqamı çox güclüidi... Elə tamaşaya baxanların bir çoxunun bu təəssüratda olduqlarını deyəbilərəm. Bir neçə nəfərin: "Bilirik ki, bu rolda çıxış edən MəbudMəhərrəmovdur, amma eyni zamanda da tanıya bilmirik", - dediyinieşitmişəm.
- Əslində aktyorun aktrisa cildinə girməsi bu sənətin yüksəkzirvələrindən hesab olunur. Rüstəm müəllim ("İbRus" Teatrının başrejissoru Rüstəm İbrahimbəyov - red.) Molyerin "Tartüf" komediyasınınazərbaycansayağı səhnə versiyasını qələmə alıb məşqlərə başlayanda mənəorijinaldakı Arqon personajının bizim versiyadakı Orxan surəti tapşırılmışdı.Xanım Pernel obrazı isə faktiki olaraq havada qalmışdı, bir neçə aktrisa burola dəvət edilsə də, nədənsə imtina etmişdilər. Bir gün növbəti məşq zamanıRüstəm müəllim mənə dedi ki, gəlsənə, Pəri xanımı sən oynayasan? Təklif çoxgözlənilməz olduğu üçün xeyli təəccübləndim. Nə isə, ağlıma batandan sonradedim ki, amma bığlarımı təraş etməyəcəm. Çünki əks təqdirdə imicimə xələl gələbilərdi. Razılaşdıq.
Pəri xanımın davranış tərzini, ədalarını, qrimini özüm fikirləşibtapdım. Libaslarının isə bir qismi Lyudmila Duxovnayanındı (S.Vurğun adına RusDram Teatrının aparıcı aktrisalarından biri, xalq artisti - red.), bir qismiisə həyat yoldaşımın. Təvazökarlıqdan uzaq olmasın, amma həmkarlarım həmişədeyirlər ki, sən heç nədən baxımlı bir obraz yaratmağı yaxşı bacarırsan. Pərixanım da əslində kiçik personajdı. Amma bu personaja müxtəlif detallarvasitəsilə uyğun tərtibat verməklə onun səhnədəki məkanını genişləndirə bildim.Ömrü də iki cür yaşamaq olar: həyatın möcüzəsinə inanaraq və inanmayaraq. Mənmöcüzəyə inananlardanam.
Öz növbəmdə sizə ayrıca təşəkkürümü bildirmək istəyirəm ki, nəinkimüsahibə aldığınız aktyorun yaradıcılığı ilə belə əhatəli tanışsınız,ümumilikdə müasir teatr prosesi və tarixi barədə tam məlumatınız var. Beləjurnalistlər, təəssüf ki, çoxluq təşkil etmirlər.
Samirə Behbudqızı
Digər Xəbərlər

"Trampın vəd etdiyi görüş Azərbaycana, Qafqaza nə verə bilər?" - MÜSAHİBƏ

“Antiretroviral müalicə İİV-ə yoluxan şəxslərdə həyat keyfiyyətini yüksəldir” - Ziyad Nəsibov

Aytəkin Əliyeva: “Ana südü ilə qidalanan uşaqlarda immun sistemi daha tez formalaşır”

“İstedadlılar kənarda, reklam olunanlarsa ədəbiyyatda qalacaqlar” - MÜSAHİBƏ

“Hepatit C müasir dərmanlarla tam müalicə oluna bilir” - MÜSAHİBƏ

Aysel Həsənova: “Uşağın sağlam psixoloji inkişafı üçün valideynlərin...” - MÜSAHİBƏ

“Doğuş üsulunun müəyyən edilməsində ananın sağlamlıq vəziyyəti...” - MÜSAHİBƏ
