05 Avqust 2025 12:58
237
GÜNDƏM

Ermənistanın Vaşinqton görüşünə münasibəti: Müəmmalı...

ABŞ, Ermənistan və Azərbaycan liderlərinin iştirakı ilə keçiriləcək sammitlə bağlı azərbaycanlıları ən çox maraqlandıran bu görüşə  rəsmi Ermənistanın münasibətidir.

Adalet.az
xəbər verir ki, məsələ ilə bağlı Ermənistan Baş Nazir Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən açıqlama verilib. Açıqlamada hazırda Ermənistanın baş nazir Paşinyanın ABŞ-a gözlənilən səfəri ilə bağlı mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatları nə təkzib, nə də təsdiq edilmədiyi bildirilir: "Hazırda baş nazir Paşinyanın ABŞ-a gözlənilən səfəri ilə bağlı mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatları nə təkzib, nə də təsdiq edə bilərik.
Bu cür səfərlər zamanı təbii ki, rəsmi açıqlama var və rəsmi açıqlama olduğu halda məlumat təsdiqlənmiş sayıla bilər. Hazırda, bildiyiniz kimi, biz heç bir rəsmi açıqlama dərc etməmişik və buna görə də xahiş edirik ki, səfərlə bağlı məlumat yalnız rəsmi açıqlamadan sonra təsdiqlənmiş hesab edilsin”

Daha sonra bildirilib ki,Paşinyanla Əliyevin əvvəlki görüşü iyulun 10-da Əbu-Dabidə keçirilib . Həmin görüş zamanı liderlərin ikitərəfli danışıqları və etimadın möhkəmləndirilməsi tədbirlərini davam etdirmək barədə razılığa gəldiyi bildirilir.

 Əntiqə Rəşid