adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
11 Sentyabr 2018 18:54
7352
İDMAN

Marseloya 753 min avroluq cərimə - vergidən yayındığı üçün

"Real"ın müdafiəçisi Marselonun verdigən yayındığı təsdiqlənib.

Qol.az-ın "El-Mundo” nəşrinə istinadən yaydığı xəbərə görə, braziliyalı futbolçu özü öz günahını etiraf edib. Nəticədə Madrid məhkəməsi oyunçunu 753 min avro məbləğində cərimələyib. Bundan başqa, ona 4 aylıq şərti həbs cəzası verilib.

Qeyd edək ki, "Real”ın sabiq hücumçusu, mövsümün əvvəlində "Yuventus”a keçən Kriştiano Ronaldo da eyni səbəbdən məhkəməlik olmuşdu.