adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
11 Oktyabr 2018 12:41
50567
ƏDƏBİYYAT

Mark Tven haqqında lətifələr

Məşhur şəxslər həm dəhaqlarında danışılan əhvalatlar, lətifələrlə yadda qalır. Görkəmli Amerikayazıçısı Mark Tven haqqında da lətifələr var. Onlardan bir neçəsini sizə təqdimedirik.

Bir dəfə Mark Tven anonim bir məktub alır.

Məktub bir sözdən ibarət idi:

"Donuz"

Ertəsi gün Mark Tven öz qəzetində belə bir elandərc edir:

- "Mən vaxtaşırı imzasız məktublar alıram,dünən birinci dəfədirki,

məktubsuz imza aldım"

***

Mark Tven öz huşsuzluğu ilə məşhur idi. Bir dəfəo qatarda gedərkən kupeyə nəzarətçi daxil olur.

Mark Tven biletini axtarmağa başlayir,ciblərinieşələyir,lakin tapa bilmir.Axırda,yazıçını

üzdən tanıyan nəzarətçi deyir:

-Eybi yoxdur, narahat olmayın, mən geriqayıdanda göstərərsiniz.

Tapmasanız da eybi yoxdur, xırda məsələdir...

Mark Tven etiraz edir:

-Bunun nəyi xırda məsələdir, əgər bu lənətə gəlmişbileti tapmasam,hara getdiyimi bilməyəcəm.

***

Mark Tvendən soruşurlar: -Atanın sözündənçıxdığın yadına gəlirmi?

- Gəlir,gəlir...bir dəfə atam mənə nəsihət veribmöhkəm tapşırdı ki, əxlaqsız yerlərə getməyim.

Mən onun sözündən çıxdım, getdim və onun özünübirinci sırada oturmuş gördüm.


***

Özünün redaktoru olduğu qəzetdə Mark Tven birisi barədə çox sərt bir məqalədərc edir.

Məqalə bu sözlərlə qurtarır:

-"Cənab N. hətta üzünə tüpürülməyə də layiqdeyil"

Cənab N. təbii ki əsəbləşir və qəzeti məhkəməyəverir. Tələbi də bu olurki, redaktor təkzib versin vəüzr istəsin. Məhkəmənin qərarını yerinəyetirərək ,növbəti məqalələrin birində Mark Tven belə bir təkzib verir:

-" Biz keçən nömrəmizdə yazmışdıq ki, CənabN. hətt üzünə tüpürülməyə də layiq deyil. Biz səhvimizi etiraf edərik və sözümüzü geri götürürük, Cənab N. üzünətüpürülməyə layiqdir."


***

Bir dəfə dostlarından biri Mark Tvendən borc pul götürür və qaytarmaqvaxtı ilə bağlı belə deyir ki, əgər ölməyib sağ qalsam gələn ayın bu vaxtına qədərqaytaracağam .Lakin deyilən vaxtda ondan sonra daha bir ay da keçirlakin puldan səs-soraq olmur. Belə olduqda MarkTven qəzetdə həmin adamla bağlı məqalə dərc edir:

"Dərin hüzünlə, əzizimiz Harri Dunkanın ölümü iləəlaqədər onun yaxınlarına başsağlığı verirəm.

O filan vaxtı məndən 500 dollar borc almışdı vəalanda bildirmişdiki, əgər ölməyib sağ qalsa düz bir aydansonra qaytaracam. Əziz dostum HarriDunkan həmişə öz vədinə sadiq,sözübütöv olduğu üçün indi qətiyyən heç bir şübhəyoxdurki, o məhz dünyasını dəyişdiyi üçün bu pulu bu qədər vaxtda çatdıra bilməyib.

Allah rəhmət eləsin...!”

Bütün şəhər bu elana gülür və "rəhmətlik”tapılır, Tven öz pulunu alır.