İbtidai siniflərdə yaz tətili başlayır
Azərbaycanın orta məktəblərində bu gündən ibtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili başlayır.
Adalet.az xəbər verir ki, ibtidai siniflər üçün mayın 6-sı dərs günüdür.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Tədris ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili isə 1 fevral - 14 iyun tarixlərini əhatə edir. 16-20 noyabr payız tətili, 27-31 yanvar qış tətili, 1-5 may ibtidai siniflər üçün əlavə yaz tətili müəyyən edilib.
Digər Xəbərlər
21 May 2024 17:58
COP29: Qlobal istiləşmənin qarşısını necə almalı?
21 May 2024 17:33İxtisas imtahanlarında iştirak üçün ödənişin məbləği müəyyənləşdi
21 May 2024 16:38Mayın 5-də keçirilən imtahanların nəticələri elan olundu
21 May 2024 15:05Məktəb direktoru nöqsanlara görə işdən çıxarıldı
21 May 2024 13:19